< Zəbur 51 >

1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Davudun Bat-Şeva ilə olan münasibətinə görə Natan peyğəmbər onun yanına gəlib irad tutandan sonra. Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.
Have mercy on me, O God, according to your loving kindness: according to the multitude of your tender mercies blot out my transgressions.
2 Təqsirimi tamamilə yu, Günahımdan məni təmizlə.
Wash me thoroughly from my iniquity, and cleanse me from my sin.
3 Çünki qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır.
For I acknowledge my transgressions: and my sin is ever before me.
4 Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, Gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən, Məni məhkum etməkdə haqlısan.
Against you, you only, have I sinned, and done this evil in your sight: that you might be justified when you speak, and be clear when you judge.
5 Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram.
Behold, I was shaped in iniquity; and in sin did my mother conceive me.
6 Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət.
Behold, you desire truth in the inward parts: and in the hidden part you shall make me to know wisdom.
7 Məni züfa ilə pak et, təmiz olum, Məni yu, qardan da ağ olum.
Purge me with hyssop, and I shall be clean: wash me, and I shall be whiter than snow.
8 Mənə şadlıq, sevinc səsini eşitdir, Qırdığın sümüklərim xoşhallansın.
Make me to hear joy and gladness; that the bones which you have broken may rejoice.
9 Üzünü tut, günahlarımı görmə, Bütün təqsirlərimi sil.
Hide your face from my sins, and blot out all my iniquities.
10 Ey Allah, məndə təmiz ürək yarat, Daxilimə yenidən sədaqət ruhunu ver.
Create in me a clean heart, O God; and renew a right spirit within me.
11 Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə.
Cast me not away from your presence; and take not your holy spirit from me.
12 Xilasının sevincini mənə qaytar, İtaətkarlıq ruhu verib mənə dayaq ol.
Restore to me the joy of your salvation; and uphold me with your free spirit.
13 Qoy Sənin yollarını qanunsuzlara öyrədim, Günahkarlar Sənə sarı dönsünlər.
Then will I teach transgressors your ways; and sinners shall be converted to you.
14 Ey Allah, məni azad et, Qan tökmək təqsirindən məni qurtar, Dilim ədalətini mədh etsin.
Deliver me from bloodguiltiness, O God, you God of my salvation: and my tongue shall sing aloud of your righteousness.
15 Ey Xudavənd, Sən dilimi aç, Ağzımla Sənə olan həmdlərimi bəyan edim.
O Lord, open you my lips; and my mouth shall show forth your praise.
16 Sən qurbanlardan zövq almazsan, Yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan,
For you desire not sacrifice; else would I give it: you delight not in burnt offering.
17 Allaha məqbul olan qurban sınmış ruhdur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!
The sacrifices of God are a broken spirit: a broken and a contrite heart, O God, you will not despise.
18 Lütfünlə Siona yaxşılıq et, Yerusəlimin divarlarını bərpa et.
Do good in your good pleasure to Zion: build you the walls of Jerusalem.
19 Onda doğru yolla təqdim edilən qurbanlardan, Bütöv yandırma qurbanlarından zövq alarsan. O zaman qurbangahında buğalar qurban kəsilər.
Then shall you be pleased with the sacrifices of righteousness, with burnt offering and whole burnt offering: then shall they offer bullocks on your altar.

< Zəbur 51 >