< Zəbur 46 >
1 Musiqi rəhbəri üçün. Qorah övladlarının «Alamot» üstə oxunan ilahisi. Allah bizə sığınacaqdır, qüvvətdir, Dar gündə çox kömək edir.
For the choirmaster. Of the sons of Korah. According to Alamoth. A song. God is our refuge and strength, an ever-present help in times of trouble.
2 Buna görə biz qorxmuruq: Yer üzü alt-üst olsa belə, Dağlar uçub dənizin köksünə aşsa belə,
Therefore we will not fear, though the earth is transformed and the mountains are toppled into the depths of the seas,
3 Dalğalar kükrəyib qalxsa belə, Vurub dağları yırğalasa belə, Biz qorxmuruq. (Sela)
though their waters roar and foam and the mountains quake in the surge.
4 Bir çay var ki suları Allahın şəhərinə axır, Haqq-Taalanın müqəddəs məskəninə sevinc gətirir.
There is a river whose streams delight the city of God, the holy place where the Most High dwells.
5 Allah bu şəhərin mərkəzində sarsılmaz durub, Ona dan yeri söküləndə yardım edər.
God is within her; she will not be moved. God will help her when morning dawns.
6 Millətlər kükrəyər, ölkələr sarsılar, Allah səsini çıxaranda dünya əriyər.
Nations rage, kingdoms crumble; the earth melts when He lifts His voice.
7 Ordular Rəbbi bizimlədir! Yaqubun Allahı qalamızdır! (Sela)
The LORD of Hosts is with us; the God of Jacob is our fortress.
8 Gəlin, görün Rəbbin işlərini, Dünyada etdiyi viranəliyi.
Come, see the works of the LORD, who brings devastation upon the earth.
9 O, yerin ucqarlarınadək döyüşləri dayandırar, Kamanları qırar, nizələri sındırar, Döyüş arabalarını oda atar.
He makes wars to cease throughout the earth; He breaks the bow and shatters the spear; He burns the shields in the fire.
10 «Dayanın, bilin ki, Mən Allaham, Millətlər arasında ucayam, Yer üzündə ucayam!»
“Be still and know that I am God; I will be exalted among the nations, I will be exalted over the earth.”
11 Ordular Rəbbi bizimlədir! Yaqubun Allahı qalamızdır! (Sela)
The LORD of Hosts is with us; the God of Jacob is our fortress.