< Zəbur 44 >

1 Musiqi rəhbəri üçün. Qorah övladlarının maskili. Ey Allah, öz qulağımızla eşitmişik ki, Ata-babalarımızdan bizə çatıb ki, Onların dövründə, qədim zamanda Sən hansı işləri görmüsən.
Musiqi rəhbəri üçün. Qorah övladlarının maskili. Ey Allah, öz qulağımızla eşitmişik ki, Ata-babalarımızdan bizə çatıb ki, Onların dövründə, qədim zamanda Sən hansı işləri görmüsən.
2 Öz əlinlə millətləri torpaqlarından götürdün, Atalarımızı orada yerləşdirdin. Xalqlara bəla verdin, Atalarımızın soyunu şaxələndirdin.
Öz əlinlə millətləri torpaqlarından götürdün, Atalarımızı orada yerləşdirdin. Xalqlara bəla verdin, Atalarımızın soyunu şaxələndirdin.
3 Onlar qılıncları ilə deyil, Sənin sağ əlinlə torpaqlara sahib oldular. Öz qolları deyil, Sənin sağ qolun onlara zəfər qazandırdı. Onlara üzündən nur verdin, Çünki Sən onları sevirdin.
Onlar qılıncları ilə deyil, Sənin sağ əlinlə torpaqlara sahib oldular. Öz qolları deyil, Sənin sağ qolun onlara zəfər qazandırdı. Onlara üzündən nur verdin, Çünki Sən onları sevirdin.
4 Ey mənim Allahım, Sənsən Padşahım, Əmr et, Yaqub nəsli qələbə çalsın.
Ey mənim Allahım, Sənsən Padşahım, Əmr et, Yaqub nəsli qələbə çalsın.
5 Köməyinlə düşmənlərimizi devirək, İsminlə əleyhdarlarımızı əzək.
Köməyinlə düşmənlərimizi devirək, İsminlə əleyhdarlarımızı əzək.
6 Ox-kamanıma güvənmərəm, Qılıncım məni qurtarmaz.
Ox-kamanıma güvənmərəm, Qılıncım məni qurtarmaz.
7 Yalnız Sən bizi düşmənlərimizdən xilas etdin, Bizə nifrət edənləri rüsvay etdin!
Yalnız Sən bizi düşmənlərimizdən xilas etdin, Bizə nifrət edənləri rüsvay etdin!
8 Gün boyu Allahla fəxr edirik, İsminə sonsuza qədər şükür edirik. (Sela)
Gün boyu Allahla fəxr edirik, İsminə sonsuza qədər şükür edirik. (Sela)
9 İndi isə bizi atıb rüsvay etmisən, Ordularımızla yürüşə çıxmırsan.
İndi isə bizi atıb rüsvay etmisən, Ordularımızla yürüşə çıxmırsan.
10 Düşmənin qarşısından bizi geriyə qovursan, Bizə nifrət edənlər bizi soyub-talayır.
Düşmənin qarşısından bizi geriyə qovursan, Bizə nifrət edənlər bizi soyub-talayır.
11 Bizi kəsilməyə gedən qoyun kimi etdin, Sən bizi millətlər arasına səpdin.
Bizi kəsilməyə gedən qoyun kimi etdin, Sən bizi millətlər arasına səpdin.
12 Öz xalqını yaman ucuz satdın, Onların dəyərindən çox qazanmadın.
Öz xalqını yaman ucuz satdın, Onların dəyərindən çox qazanmadın.
13 Bizi qonşularımıza tənə hədəfi etdin, Ələ salıb lağ edənlərlə yan-yörəmizi doldurdun.
Bizi qonşularımıza tənə hədəfi etdin, Ələ salıb lağ edənlərlə yan-yörəmizi doldurdun.
14 Bizi millətlərin dilinə saldın, Ümmətlərin gülüş hədəfinə döndərdin.
Bizi millətlərin dilinə saldın, Ümmətlərin gülüş hədəfinə döndərdin.
15 Rüsvayçılığım daim qarşımı kəsir, Bu xəcalətin üzündən,
Rüsvayçılığım daim qarşımı kəsir, Bu xəcalətin üzündən,
16 Təhqir, söyüş sözlərindən, Düşməndən, qisasçıdan üzümü gizlədirəm.
Təhqir, söyüş sözlərindən, Düşməndən, qisasçıdan üzümü gizlədirəm.
17 Səni unutmadığımız, Əhdinə xəyanət etmədiyimiz halda Bunların hamısı başımıza gəldi.
Səni unutmadığımız, Əhdinə xəyanət etmədiyimiz halda Bunların hamısı başımıza gəldi.
18 Səndən qəlbimiz dönmədiyi, Yolundan ayaqlarımız büdrəmədiyi halda
Səndən qəlbimiz dönmədiyi, Yolundan ayaqlarımız büdrəmədiyi halda
19 Sən bizi çaqqalların diyarında əzdin, Qatı zülmətə qərq etdin.
Sən bizi çaqqalların diyarında əzdin, Qatı zülmətə qərq etdin.
20 Allahımızın ismini unutmuş olsaydıq, Yad allaha əl açmış olsaydıq,
Allahımızın ismini unutmuş olsaydıq, Yad allaha əl açmış olsaydıq,
21 Allah bunu araşdırmazdımı? Çünki qəlbin hər sirrini bilən Odur.
Allah bunu araşdırmazdımı? Çünki qəlbin hər sirrini bilən Odur.
22 Biz gün boyu Sənin uğrunda öldürülürük, Qurbanlıq qoyunlar sayılırıq.
Biz gün boyu Sənin uğrunda öldürülürük, Qurbanlıq qoyunlar sayılırıq.
23 Ey Xudavənd, oyan, niyə yatmısan? Qalx, bizi əbədilik atma!
Ey Xudavənd, oyan, niyə yatmısan? Qalx, bizi əbədilik atma!
24 Niyə üzünü bizdən gizlədirsən? Əzab-əziyyətimizi nə üçün unutdun?
Niyə üzünü bizdən gizlədirsən? Əzab-əziyyətimizi nə üçün unutdun?
25 Qəlbimiz palçıq kimi əzilmişdir, Qəddimiz əyilib yerə dəyir.
Qəlbimiz palçıq kimi əzilmişdir, Qəddimiz əyilib yerə dəyir.
26 Qalx, bizə kömək et, Bizi məhəbbətin naminə xilas et!
Qalx, bizə kömək et, Bizi məhəbbətin naminə xilas et!

< Zəbur 44 >