< Zəbur 43 >

1 Ey Allah, etibarsız millətə qarşı olan mübarizəmdən Məni haqlı çıxart, Məni hiyləgər, fitnəkar adamın əlindən qurtar.
שפטני אלהים וריבה ריבי-- מגוי לא-חסיד מאיש מרמה ועולה תפלטני
2 Çünki Sən pənah gətirdiyim Allahsan. Niyə məni atmısan? Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?
כי-אתה אלהי מעוזי-- למה זנחתני למה-קדר אתהלך בלחץ אויב
3 Göndər Öz nurunu, həqiqətini, Qoy yolunu mənə göstərsinlər, Müqəddəs dağına, məskənlərinə Qoy məni aparsınlar.
שלח-אורך ואמתך המה ינחוני יביאוני אל-הר-קדשך ואל-משכנותיך
4 Onda Allahın qurbangahına, Sevincim, fərəhim olan Allahımın yanına gedərəm. Lira çalıb Sənə şükür edərəm, Ey Allah, mənim Allahım.
ואבואה אל-מזבח אלהים-- אל-אל שמחת גילי ואודך בכנור-- אלהים אלהי
5 Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim.
מה-תשתוחחי נפשי-- ומה-תהמי עלי הוחילי לאלהים כי-עוד אודנו-- ישועת פני ואלהי

< Zəbur 43 >