< Zəbur 41 >
1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Yoxsulların qayğısına qalan nə bəxtiyardır! Rəbb dar günündə onu qurtarar,
For the Chief Musician. A Psalm by David. Blessed is he who considers the poor. The LORD will deliver him in the day of evil.
2 Rəbb onu qoruyar, salamat saxlayar. O, ölkədə bəxtiyar olar, Düşmənlərinə təslim edilməz.
The LORD will preserve him, and keep him alive. He shall be blessed on the earth, and he will not surrender him to the will of his enemies.
3 Yatağa düşəndə Rəbb ona dayaq olar, Onu bütün xəstəlikdən sağaldar.
The LORD will sustain him on his sickbed, and restore him from his bed of illness.
4 Mən dedim: «Ya Rəbb, mənə rəhm et, Canıma şəfa ver, Çünki Sənə qarşı günah etmişəm».
I said, “LORD, have mercy on me! Heal me, for I have sinned against you.”
5 Düşmənlərim məndən pis sözlər söyləyir: «Bu nə vaxt öləcək, adı batacaq?» deyirlər.
My enemies speak evil against me: “When will he die, and his name perish?”
6 Mənə baş çəkənlər yalan danışır, Ürəklərinə böhtan yığır, Bayıra çıxanda bundan danışırlar.
If he comes to see me, he speaks falsehood. His heart gathers iniquity to itself. When he goes abroad, he tells it.
7 Bütün mənə nifrət edənlər mənim barəmdə pıçıldaşır, Mənə qarşı pis fikirləri var.
All who hate me whisper together against me. They imagine the worst for me.
8 Deyirlər: «Bu, ölümcül bəlaya düşüb, Budur, yatır, daha qalxmaz».
“An evil disease”, they say, “has afflicted him. Now that he lies he shall rise up no more.”
9 Hətta etibarlı saydığım ən yaxın dostum, Çörəyimi yeyən mənə xəyanət etdi.
Yes, my own familiar friend, in whom I trusted, who ate bread with me, has lifted up his heel against me.
10 Sən, ya Rəbb, rəhm edib məni ayağa qaldır, Qoy onlardan bunun əvəzini çıxım!
But you, LORD, have mercy on me, and raise me up, that I may repay them.
11 Məndən razı qaldığını bundan bilirəm: Düşmənlərimin mənə qalib gəlmədiyini görürəm.
By this I know that you delight in me, because my enemy doesn’t triumph over me.
12 Kamil olduğum üçün məndən möhkəm yapışdın, Məni hüzurunda əbədilik dayandırdın.
As for me, you uphold me in my integrity, and set me in your presence forever.
13 Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər! Amin! Amin!
Blessed be the LORD, the God of Israel, from everlasting and to everlasting! Amen and amen.