< Zəbur 40 >

1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Rəbbi səbir edərək gözlədim, Mənə tərəf dönərək fəryadımı eşitdi.
大卫的诗,交与伶长。 我曾耐性等候耶和华; 他垂听我的呼求。
2 O məni çamırlı quyudan, Lilli bataqlıqdan çıxartdı. Ayağımı qaya üzərində bərkitdi, Hər addımımı möhkəm etdi.
他从祸坑里, 从淤泥中,把我拉上来, 使我的脚立在磐石上, 使我脚步稳当。
3 Dilimə yeni bir nəğmə verdi, İlahi ilə Allahımıza həmd etdim. Bax nə qədər adam bunu görəcək, Qorxub Rəbbə güvənəcək.
他使我口唱新歌, 就是赞美我们 神的话。 许多人必看见而惧怕, 并要倚靠耶和华。
4 Rəbbə ümidlə arxalanan, Təkəbbürlülərə üz tutmayan, Bütlərə aldananlara qoşulmayan İnsan nə bəxtiyardır!
那倚靠耶和华、 不理会狂傲和偏向虚假之辈的, 这人便为有福!
5 Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur. Onlardan danışmaq istəsəm, Belə deyərdim: «Sayı-hesabı yoxdur».
耶和华—我的 神啊,你所行的奇事, 并你向我们所怀的意念甚多,不能向你陈明; 若要陈明,其事不可胜数。
6 Qurbandan, təqdimdən xoşun gəlmədi, Yandırma qurbanı, günah qurbanı tələb etmədin, Amma mənim qulağımı açdın.
祭物和礼物,你不喜悦; 你已经开通我的耳朵。 燔祭和赎罪祭非你所要。
7 O zaman dedim: «Budur, gəlmişəm, Sənin tumarında mənim haqqımda yazılıb.
那时我说:看哪,我来了! 我的事在经卷上已经记载了。
8 Ey Allahım, Sənin iradəni yerinə yetirmək Mənə zövq verir, Qanunun qəlbimdədir».
我的 神啊,我乐意照你的旨意行; 你的律法在我心里。
9 Çoxlu camaat arasında salehliyini car çəkdim, Ya Rəbb, Sən bilirsən ki, ağzımı yummadım.
我在大会中宣传公义的佳音; 我必不止住我的嘴唇。 耶和华啊,这是你所知道的。
10 Salehliyini qəlbimdə gizlətmədim, Xilaskar olduğunu, sədaqətini söylədim. Çoxlu camaat arasından Məhəbbətini, həqiqətini gizli saxlamadım.
我未曾把你的公义藏在心里; 我已陈明你的信实和你的救恩; 我在大会中未曾隐瞒你的慈爱和诚实。
11 Ya Rəbb, mərhəmətini məndən əsirgəmə, Daim məni məhəbbətinlə, həqiqətinlə qoru.
耶和华啊,求你不要向我止住你的慈悲! 愿你的慈爱和诚实常常保佑我!
12 Çünki sonsuz bəlalar ətrafımı bürüdü, Günahlarım mənə sarıldı. Görə bilmirəm, çünki məndə ürək qalmadı, Onlar başımın tükündən çoxdur.
因有无数的祸患围困我, 我的罪孽追上了我,使我不能昂首; 这罪孽比我的头发还多, 我就心寒胆战。
13 Ya Rəbb, lütfünlə məni xilas et, Ya Rəbb, dadıma tez çat!
耶和华啊,求你开恩搭救我! 耶和华啊,求你速速帮助我!
14 Canımı almaq üçün qəsd quranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar.
愿那些寻找我、要灭我命的,一同抱愧蒙羞! 愿那些喜悦我受害的,退后受辱!
15 Mənə «Aha! Aha!» deyənlər Xəcalət içində çaşıb qalsınlar.
愿那些对我说阿哈、阿哈的, 因羞愧而败亡!
16 Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər. Xilaskar olduğunu sevənlər Daim «Qoy ucalsın Rəbb!» desinlər.
愿一切寻求你的,因你高兴欢喜! 愿那些喜爱你救恩的,常说:当尊耶和华为大!
17 Budur, bir məzlum, bir fəqirəm, Lakin Xudavənd qayğıma qalır. Köməyim, xilaskarım Sənsən, Ey Allahım, ləngimə!
但我是困苦穷乏的,主仍顾念我; 你是帮助我的,搭救我的。 神啊,求你不要耽延!

< Zəbur 40 >