< Zəbur 39 >
1 Musiqi rəhbəri Yedutun üçün. Davudun məzmuru. Dedim: «Hər addımıma diqqət edəcəyəm, Dilimlə günah etməkdən çəkinəcəyəm. Pis adam qarşımda durarkən Dilimi yüyənləyib dinməyəcəyəm».
Psalm. Canticum David, in finem, pro Idithum. Dixi: Custodiam vias meas: ut non delinquam in lingua mea. Posui ori meo custodiam, cum consisteret peccator adversum me.
2 Dilimi saxlayıb susdum, Yaxşılığa belə, danışmadım. Dərdlərim ağırlaşdı,
Obmutui, et humiliatus sum, et silui a bonis: et dolor meus renovatus est.
3 Köksümdəki qəlbimə köz doldu. Dərin düşünəndə yanıb-yaxıldım, Dilimlə belə dedim:
Concaluit cor meum intra me: et in meditatione mea exardescet ignis.
4 «Ya Rəbb, mənə bildir, Aqibətim necə olacaq? Ömrümün günləri nə qədər qalıb? Qoy nə qədər fani olduğumu anlayım!
Locutus sum in lingua mea: Notum fac mihi Domine finem meum. Et numerum dierum meorum quis est: ut sciam quid desit mihi.
5 Budur, günlərim ovcuna sığdı, Ömrüm qarşında heç oldu. Bəli, insan sadəcə bir nəfəsdir. (Sela)
Ecce mensurabiles posuisti dies meos: et substantia mea tamquam nihilum ante te. Verumtamen universa vanitas, omnis homo vivens.
6 Əlbəttə, insan kölgə kimi dolaşır, Həqiqətən, o boş yerə çarpışır, Var-dövlət yığır, kimə qalacağını bilmir.
Verumtamen in imagine pertransit homo: sed et frustra conturbatur. Thesaurizat: et ignorat cui congregabit ea.
7 Ey Xudavənd, indi mən nə gözləyim? Mənim ümidim Sənsən!
Et nunc quae est expectatio mea? nonne Dominus? et substantia mea apud te est.
8 Məni bütün təqsirlərimdən qurtar, Məni axmaqların tənəsinə hədəf etmə.
Ab omnibus iniquitatibus meis erue me: opprobrium insipienti dedisti me.
9 Susdum, ağzımı açmadım, Çünki Sən bunu etdin!
Obmutui, et non aperui os meum, quoniam tu fecisti:
10 Göndərdiyin bəlanı mənim üstümdən götür, Əlinin zərbəsindən gör necə əzildim.
amove a me plagas tuas.
11 İnsanı təqsirinə görə məzəmmət edən zaman Arzularını güvə kimi dağıdırsan. Bəli, insan sadəcə bir nəfəsdir. (Sela)
A fortitudine manus tuae ego defeci in increpationibus: propter iniquitatem corripuisti hominem. Et tabescere fecisti sicut araneam animam eius: verumtamen vane conturbatur omnis homo.
12 Dinlə duamı, ya Rəbb, fəryadımı eşit! Biganə qalma göz yaşlarıma. Çünki Sənin yanında bir qəribəm, Ata-babam kimi bir qonağam.
Exaudi orationem meam Domine, et deprecationem meam: auribus percipe lacrymas meas. Ne sileas: quoniam advena ego sum apud te, et peregrinus, sicut omnes patres mei.
13 Bir azca nəzərini məndən çək, Qoy köçüb getməzdən əvvəl dinc yaşayım».
Remitte mihi, ut refrigerer priusquam abeam, et amplius non ero.