< Zəbur 36 >

1 Musiqi rəhbəri üçün. Rəbbin qulu Davudun məzmuru. Şər pis insanın ürəyinə pıçıldayır, Onun gözündə Allah qorxusu yoxdur.
لِقَائِدِ الْمُنْشِدِينَ، لِعَبْدِ الرَّبِّ دَاوُدَ يُنْبِئُنِي قَلْبِي فِي دَاخِلِي بِمَعْصِيَةِ الشِّرِّيرِ، الَّذِي لَا يَرْتَدِعُ خَوْفاً مِنَ اللهِ.١
2 Öz gözündə özünü yüksək tutur, Nə təqsirini görür, nə də ona nifrət edir.
فَإِنَّهُ يَتَمَلَّقُ نَفْسَهُ (لِيُقْنِعَهَا) أَنَّ خَطِيئَتَهُ الْمَمْقُوتَةَ لَنْ تُكْتَشَفَ وَتُدَانَ.٢
3 Dilindən fitnə-fəsad düşmür, Müdrik, xeyirxah əməllərdən əl çəkib.
كَلامُ فَمِهِ إِثْمٌ وَنِفَاقٌ، وَقَدْ كَفَّ عَنِ التَّعَقُّلِ لأَجْلِ عَمَلِ الْخَيْرِ.٣
4 Yatağında fitnələr barədə fikirləşir, Pis yolda dayanır, şər işlərdən ikrah etmir.
يَتَفَكَّرُ فِي الْبَاطِلِ عَلَى سَرِيرِه لَيْلاً. وَيَسْلُكُ فِي سَبِيلِ السُّوءِ لَا يَسْتَنْكِرُ الشَّرَّ.٤
5 Ya Rəbb, məhəbbətin göylərdədir, Sədaqətin asimanı bürüyür.
يَا رَبُّ، إِنَّ رَحْمَتَكَ فِي السَّمَاوَاتِ، وَأَمَانَتَكَ تَبْلُغُ الْغُيُومَ.٥
6 Dağlar kimi salehliyin uludur, Dərya kimi ədalətin dərindir. Ya Rəbb, həm insanı, həm heyvanı qoruyursan.
عَدْلُكَ ثَابِتٌ مِثْلُ الْجِبَالِ الشَّامِخَةِ، وَأَحْكَامُكَ كَالْعُمْقِ السَّحِيقِ. وَأَنْتَ يَا رَبُّ تَحْفَظُ النَّاسَ وَالْبَهَائِمَ جَمِيعاً.٦
7 Ey Allah, məhəbbətin nə qədər qiymətlidir! Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır.
اللهُمَّ، مَا أَثْمَنَ رَحْمَتَكَ! فَإِنَّ بَنِي الْبَشَرِ يَحْتَمُونَ فِي ظِلِّ جَنَاحَيْكَ.٧
8 Evinin bolluğu ilə onları doydurursan, Sənin xoşhal edən axar çayından onları içirirsən.
يَرْتَوُونَ مِنْ خَيْرَاتِ بَيْتِكَ، وَمِنْ نَهْرِ نِعَمِكَ تَسْقِيهِمْ.٨
9 Çünki həyat mənbəyi Səndədir, Biz Sənin nurunla görə bilirik.
لأَنَّ عِنْدَكَ نَبْعَ الْحَيَاةِ، وَبِنُورِكَ نَرَى النُّورَ.٩
10 Səni tanıyanlara məhəbbətini, Ürəyidüz olanlara salehliyini daima göstər.
أَدِمْ رَحْمَتَكَ لِعَارِفيِكَ، وَعَدْلَكَ لِذَوِي الْقُلُوبِ الْمُسْتَقِيمَةِ.١٠
11 Qoy təkəbbürlülərin təpiyi altında qalmayım, Pis adamların əli ilə qovulmayım.
لَا تَدَعْ قَدَمَ الْمُتَكَبِّرِ تَبْلُغُنِي، وَيَدَ الأَشْرَارِ تُزَحْزِحُنِي.١١
12 Gördüm ki, şər iş görənlər yıxılıblar, Onlar yerə sərilib, daha qalxa bilməzlər.
هُنَاكَ سَقَطَ فَاعِلُو الإِثْمِ، طُرِحُوا، عَجَزُوا عَنِ النُّهُوضِ.١٢

< Zəbur 36 >