< Zəbur 35 >

1 Davudun məzmuru. Ya Rəbb, mənimlə çəkişənlərlə Sən çəkiş. Mənimlə döyüşənlərlə Sən döyüş.
לדוד ריבה יהוה את יריבי לחם את לחמי׃
2 Qalxan və sipərini əlinə al, Qalx, mənim imdadıma çat.
החזק מגן וצנה וקומה בעזרתי׃
3 Nizəni tutub ardımca düşənlərin yolunu kəs, Qəlbimə söylə: «Səni qurtaran Mənəm».
והרק חנית וסגר לקראת רדפי אמר לנפשי ישעתך אני׃
4 Canımın qəsdinə duranlar Qoy utanıb rüsvay olsunlar, Mənə qarşı pis niyyəti olanlar Geri qovulub biabır olsunlar.
יבשו ויכלמו מבקשי נפשי יסגו אחור ויחפרו חשבי רעתי׃
5 Saman çöpü tək olsunlar, onları yel sovursun, Rəbbin mələyi onları silib atsın.
יהיו כמץ לפני רוח ומלאך יהוה דוחה׃
6 Qoy yolları zülmət, sürüşkən olsun, Qoy Rəbbin mələyi onları qovsun.
יהי דרכם חשך וחלקלקות ומלאך יהוה רדפם׃
7 Çünki nahaq yerə mənə tələ qurdular, Nahaqdan canım üçün quyu qazdılar.
כי חנם טמנו לי שחת רשתם חנם חפרו לנפשי׃
8 Qoy başlarına qəfil fəlakət gəlsin, Qurduqları tələyə özləri düşsün, Hazırladıqları bəlaya düçar olsunlar.
תבואהו שואה לא ידע ורשתו אשר טמן תלכדו בשואה יפל בה׃
9 Onda canım Rəblə şad olacaq, Məni qurtardığı üçün qəlbim fərəh tapacaq.
ונפשי תגיל ביהוה תשיש בישועתו׃
10 Bütün varlığımla belə deyəcəyəm: «Ya Rəbb, Sənin kimisi varmı? Məzlumu ondan güclünün əlindən, Məzlumu və fəqiri istismarçının əlindən azad edirsən».
כל עצמותי תאמרנה יהוה מי כמוך מציל עני מחזק ממנו ועני ואביון מגזלו׃
11 Amansız şahidlər qalxırlar, Yalandan üzümə dururlar.
יקומון עדי חמס אשר לא ידעתי ישאלוני׃
12 Yaxşılığımın əvəzində onlardan yamanlıq görürəm, Əzizi ölən bir adama bənzəyirəm.
ישלמוני רעה תחת טובה שכול לנפשי׃
13 Vaxtı ilə onlar xəstələnərkən Çul geyib, oruc tutub canıma zülm edirdim, Başımı aşağı salıb dua edirdim.
ואני בחלותם לבושי שק עניתי בצום נפשי ותפלתי על חיקי תשוב׃
14 Onları özümə dost və qardaş bilirdim. Anası üçün yas tutan adam tək Bükülüb hüznlə gəzirdim.
כרע כאח לי התהלכתי כאבל אם קדר שחותי׃
15 Lakin mən büdrəyərkən Bir yerə toplaşıb sevindilər. Tanımadığım əclaflar mənə qarşı toplaşdılar. Dayanmadan məni didirdilər,
ובצלעי שמחו ונאספו נאספו עלי נכים ולא ידעתי קרעו ולא דמו׃
16 Şikəstləri təhqir edən allahsızlar kimi Mənə dişlərini qıcayırdılar.
בחנפי לעגי מעוג חרק עלי שנימו׃
17 Ey Xudavənd, nə vaxta qədər buna baxacaqsan? Canımı məhv edilməkdən, Həyatımı bu gənc aslanlardan qurtar.
אדני כמה תראה השיבה נפשי משאיהם מכפירים יחידתי׃
18 Çoxlu camaat arasında Sənə şükür edəcəyəm, Çoxsaylı xalq arasında Sənə həmd edəcəyəm.
אודך בקהל רב בעם עצום אהללך׃
19 Qoyma haqsız düşmənlərim mənə görə sevinsin, Mənə nahaqdan nifrət edənlər bir-birinə göz vursun.
אל ישמחו לי איבי שקר שנאי חנם יקרצו עין׃
20 Çünki onlar sülh üçün danışmırlar, Sözləri ilə ölkənin dinc sakinlərinə fənd qururlar.
כי לא שלום ידברו ועל רגעי ארץ דברי מרמות יחשבון׃
21 Ağızlarını üstümə iri açıb belə deyirlər: «Aha! Aha! Bax, öz gözümüzlə gördük».
וירחיבו עלי פיהם אמרו האח האח ראתה עינינו׃
22 Ya Rəbb, bunu gördün, indi susma, Ey Xudavənd, məndən uzaq durma.
ראיתה יהוה אל תחרש אדני אל תרחק ממני׃
23 Ey Xudavənd Allahım, oyan, qalx, Bu mübarizəmdən qoy mən haqlı çıxım.
העירה והקיצה למשפטי אלהי ואדני לריבי׃
24 Ədalətinə görə mənə bəraət qazandır, Ya Rəbb Allahım, qoyma mənə görə sevinsinlər.
שפטני כצדקך יהוה אלהי ואל ישמחו לי׃
25 Qoyma düşünsünlər: «Aha! Muradımıza çatmışıq!» Qoyma söyləsinlər: «Onun başını yemişik!»
אל יאמרו בלבם האח נפשנו אל יאמרו בלענוהו׃
26 Pis günümə şadlananlar Qoy utanıb biabır olsunlar, Qarşımda qürrələnənlər Xəcalətə, rüsvayçılığa bürünsünlər.
יבשו ויחפרו יחדו שמחי רעתי ילבשו בשת וכלמה המגדילים עלי׃
27 Mənim haqlı çıxmağımı istəyənlər Sevinib Səni mədh etsinlər. Daim belə söyləsinlər: «Öz qulunun əmin-amanlığını istəyən Rəbb ucalsın!»
ירנו וישמחו חפצי צדקי ויאמרו תמיד יגדל יהוה החפץ שלום עבדו׃
28 Dilim Sənin salehliyindən deyəcək, Daim Sənə həmd edəcəyəm!
ולשוני תהגה צדקך כל היום תהלתך׃

< Zəbur 35 >