< Zəbur 34 >

1 Davudun məzmuru. O, Avimelekin önündə özünü dəli kimi göstərib qovulanda. Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək.
Davidi, cum immutavit vultum suum coram Achimelech, et dimisit eum, et abiit. [Benedicam Dominum in omni tempore; semper laus ejus in ore meo.
2 Rəblə könlüm fəxr edir, Ey məzlumlar, eşidib sevinin!
In Domino laudabitur anima mea: audiant mansueti, et lætentur.
3 Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq.
Magnificate Dominum mecum, et exaltemus nomen ejus in idipsum.
4 Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi.
Exquisivi Dominum, et exaudivit me; et ex omnibus tribulationibus meis eripuit me.
5 Rəbbə baxan nur saçar, Üzü qızarmaz.
Accedite ad eum, et illuminamini; et facies vestræ non confundentur.
6 Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi, Bütün əzablarımdan məni xilas etdi.
Iste pauper clamavit, et Dominus exaudivit eum, et de omnibus tribulationibus ejus salvavit eum.
7 Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər.
Immittet angelus Domini in circuitu timentium eum, et eripiet eos.
8 Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər!
Gustate et videte quoniam suavis est Dominus; beatus vir qui sperat in eo.
9 Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz.
Timete Dominum, omnes sancti ejus, quoniam non est inopia timentibus eum.
10 Gənc aslanlar ac-yalavac qaldılar, Lakin Rəbbi axtaranlar Heç bir yaxşı şeydən korluq çəkməzlər.
Divites eguerunt, et esurierunt; inquirentes autem Dominum non minuentur omni bono.
11 Gəlin, ey övladlar, məni dinləyin, Rəbb qorxusunu sizə öyrədim:
Venite, filii; audite me: timorem Domini docebo vos.
12 Kim həyatdan kam almaq istəyirsə, Uzun ömür sürüb xoş gün görmək istəyirsə,
Quis est homo qui vult vitam; diligit dies videre bonos?
13 Qoy dilini şərdən, Ağzını fırıldaq üçün işlətməkdən qorusun,
Prohibe linguam tuam a malo, et labia tua ne loquantur dolum.
14 Qoy şərdən çəkinib yaxşılıq etsin, Sülhü axtarıb ardınca getsin!
Diverte a malo, et fac bonum; inquire pacem, et persequere eam.
15 Rəbbin gözü salehlərin üzərindədir, Qulaqları onların fəryadlarına açıqdır.
Oculi Domini super justos, et aures ejus in preces eorum.
16 Rəbbin üzü şər iş görənlərə qarşıdır, Yer üzündə onlardan nişanə qoymayacaq.
Vultus autem Domini super facientes mala, ut perdat de terra memoriam eorum.
17 Salehlər fəryad çəkəndə Rəbb eşidir, Onları bütün əzablarından azad edir.
Clamaverunt justi, et Dominus exaudivit eos; et ex omnibus tribulationibus eorum liberavit eos.
18 Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır.
Juxta est Dominus iis qui tribulato sunt corde, et humiles spiritu salvabit.
19 Salehlər çox bəlaya düçar olar, Lakin Rəbb onları hər birindən qurtarır.
Multæ tribulationes justorum; et de omnibus his liberabit eos Dominus.
20 Rəbb onların hər bir sümüyünü qoruyur, Heç biri zədələnməz.
Custodit Dominus omnia ossa eorum: unum ex his non conteretur.
21 Pislər öz şəri ilə məhv olacaq, Salehə nifrət edən məhkum olacaq.
Mors peccatorum pessima; et qui oderunt justum delinquent.
22 Rəbb qullarının canını azad edir, Rəbbə pənah gətirən məhkum olmur.
Redimet Dominus animas servorum suorum, et non delinquent omnes qui sperant in eo.]

< Zəbur 34 >