< Zəbur 33 >

1 Ey salehlər, Rəbbi mədh edin, Ürəyidüz olanlara həmd söyləmək yaraşır.
רננו צדיקים ביהוה לישרים נאוה תהלה׃
2 Lira çalın, Rəbbə şükür edin, On telli çənglə Onu tərənnüm edin,
הודו ליהוה בכנור בנבל עשור זמרו לו׃
3 Ona yeni bir nəğmə oxuyun, Sevinc nidaları ilə çalın.
שירו לו שיר חדש היטיבו נגן בתרועה׃
4 Çünki Rəbbin sözü haqdır, Hər işini sədaqətlə aparır.
כי ישר דבר יהוה וכל מעשהו באמונה׃
5 Rəbb salehliyi və ədaləti sevir, Yer üzü Onun məhəbbəti ilə dolur.
אהב צדקה ומשפט חסד יהוה מלאה הארץ׃
6 Göylər Rəbbin sözü ilə, Səma cisimləri Onun hökmü ilə yarandı.
בדבר יהוה שמים נעשו וברוח פיו כל צבאם׃
7 Dənizin sularını bir yerə yığdı, Dərin suları anbarlarda saxladı.
כנס כנד מי הים נתן באצרות תהומות׃
8 Qoy bütün dünya Rəbdən qorxsun, Bütün yer üzünün əhalisi Onu şərəfləndirsin.
ייראו מיהוה כל הארץ ממנו יגורו כל ישבי תבל׃
9 Çünki nə söylədi, mövcud oldu, Nə əmr etdi, quruldu.
כי הוא אמר ויהי הוא צוה ויעמד׃
10 Rəbb millətlərin məsləhətini puç edər, Xalqların məqsədini heç edər.
יהוה הפיר עצת גוים הניא מחשבות עמים׃
11 Lakin Rəbbin məsləhəti əbədi olar, Ürəyinin məqsədi nəsillər ötsə də, qalar.
עצת יהוה לעולם תעמד מחשבות לבו לדר ודר׃
12 Nə bəxtiyardır o millət ki Allahı Rəbdir, O xalq ki Rəbb onu irs olaraq seçmişdir.
אשרי הגוי אשר יהוה אלהיו העם בחר לנחלה לו׃
13 Rəbb göylərdən baxır, Bütün bəşər övladlarını görür,
משמים הביט יהוה ראה את כל בני האדם׃
14 Taxtında oturduğu yerdən Bütün dünya əhalisini görür.
ממכון שבתו השגיח אל כל ישבי הארץ׃
15 Odur hər bir insanın ürəyini yaradan, Əməllərini anlayan.
היצר יחד לבם המבין אל כל מעשיהם׃
16 Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz, Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz.
אין המלך נושע ברב חיל גבור לא ינצל ברב כח׃
17 Qələbə üçün at boş şeydir, Qüvvətinin çoxluğu ilə bir kimsə xilas olmaz.
שקר הסוס לתשועה וברב חילו לא ימלט׃
18 Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar.
הנה עין יהוה אל יראיו למיחלים לחסדו׃
19 İstəyir ki, onları ölümdən qurtarsın, Qıtlıqda belə, onlar sağ qalsın.
להציל ממות נפשם ולחיותם ברעב׃
20 Könlümüz Rəbbin yolunu gözlər, Odur köməyimiz və sipərimiz.
נפשנו חכתה ליהוה עזרנו ומגננו הוא׃
21 Bizim qəlbimiz Onda sevinc tapır, Müqəddəs isminə arxalanmışıq.
כי בו ישמח לבנו כי בשם קדשו בטחנו׃
22 Ya Rəbb, ümidimizi Sənə bağlamışıq, Məhəbbətin üzərimizdən tükənməsin.
יהי חסדך יהוה עלינו כאשר יחלנו לך׃

< Zəbur 33 >