< Zəbur 32 >

1 Davudun maskili. Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır!
לדוד משכיל אשרי נשוי-פשע כסוי חטאה
2 Rəbb tərəfindən təqsirkar sayılmayan, Qəlbində hiylə olmayan insan Nə bəxtiyardır!
אשרי אדם--לא יחשב יהוה לו עון ואין ברוחו רמיה
3 Etiraf etməyəndə Bütün gün nalə çəkməkdən Sümüklərim taqətdən düşdü.
כי-החרשתי בלו עצמי-- בשאגתי כל-היום
4 Əlin üzərimdə gecə-gündüz ağırlaşdı, Sanki yayın quraqlığı məni taqətdən saldı. (Sela)
כי יומם ולילה-- תכבד עלי ידך נהפך לשדי-- בחרבני קיץ סלה
5 Sonra Sənə günahımı etiraf etdim, Təqsirlərimi gizlətmədim. Dedim: «Üsyankarlığımı Rəbbə etiraf edirəm». Təqsirimi, günahımı bağışladın. (Sela)
חטאתי אודיעך ועוני לא-כסיתי-- אמרתי אודה עלי פשעי ליהוה ואתה נשאת עון חטאתי סלה
6 Buna görə hər bir mömin Səni tapan zaman Sənə dua etsin. Azğın sellər daşsa da, Möminə toxunmaz.
על-זאת יתפלל כל-חסיד אליך-- לעת מצא רק לשטף מים רבים-- אליו לא יגיעו
7 Sığınacaq yerim Sənsən, Məni dardan hifz edirsən. Zəfər harayı ilə Ətrafımda dövr edirsən. (Sela)
אתה סתר לי-- מצר תצרני רני פלט תסובבני סלה
8 Dedin: «Sənə təlim verəcəyəm, Gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, Gözüm sənin üstündə olacaq.
אשכילך ואורך--בדרך-זו תלך איעצה עליך עיני
9 At yaxud qatır kimi Şüursuz olmayın. Cilov, yüyən vurulmasa, Onlar idarə edilə bilməz».
אל-תהיו כסוס כפרד-- אין הבין במתג-ורסן עדיו לבלום בל קרב אליך
10 Pislərin başına çox bəla gələr, Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər.
רבים מכאובים לרשע והבוטח ביהוה--חסד יסובבנו
11 Ey salehlər, fərəhlənin, Rəbbə görə sevinin! Ey ürəyidüz olanlar, Onu mədh edin!
שמחו ביהוה וגילו צדיקים והרנינו כל-ישרי-לב

< Zəbur 32 >