< Zəbur 31 >

1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ya Rəbb, Sənə pənah gətirirəm! Heç vaxt məni xəcalətdə qoyma, Ədalətinlə məni xilas et!
برای سالار مغنیان. مزمور داود ای خداوند بر تو توکل دارم پس خجل نشوم تا به ابد. در عدالت خویش مرانجات بده.۱
2 Qulağını mənə tərəf çevir, Məni tez azad et! Bir qaya ol, qoy sığınım, Möhkəm bir qala ol, qoy qurtulum.
گوش خود را به من فراگیر و مرا به زودی برهان. برایم صخره‌ای قوی و خانه‌ای حصین باش تا مرا خلاصی دهی.۲
3 Çünki qayam da Sən, qalam da Sənsən! Öz ismin naminə mənə yol göstərib rəhbərlik et.
زیرا صخره وقلعه من تو هستی. به‌خاطر نام خود مرا هدایت ورهبری فرما.۳
4 Məni qarşımda qurulan gizli tordan hifz et, Çünki Sən mənim sığınacağımsan!
مرا از دامی که برایم پنهان کرده اندبیرون آور.۴
5 Ruhumu Sənin əlinə verirəm, Ya Rəbb, sadiq Allah, Sən məni azad et.
زیرا قلعه من تو هستی. روح خود رابه‌دست تو می‌سپارم. ای یهوه خدای حق تو مرافدیه دادی.۵
6 Boş şey olan bütlərə pərəstiş edənlərə nifrət edirəm, Mən Rəbbə güvənirəm.
از آنانی که اباطیل دروغ را پیروی می‌کنند نفرت می‌کنم. و اما من بر خداوند توکل می‌دارم.۶
7 Mən Sənin məhəbbətində Şad olub sevinəcəyəm, Çünki məzlum halımı görmüsən, Çəkdiyim əzabı bilmisən.
به رحمت تو وجد و شادی می‌کنم زیرا مشقت مرا دیده و جانم را در تنگیهاشناخته‌ای.۷
8 Məni düşmənə təslim etmədin, Genişlikdə gəzdirdin.
مرا به‌دست دشمن اسیرنساخته‌ای. پایهای مرا بجای وسیع قائم گردانیده‌ای.۸
9 Ya Rəbb, mənə rəhm et, Çünki əzabdayam, Kədərdən gözüm, qəlbim, bədənim quruyub.
‌ای خداوند بر من رحمت فرما زیرا در تنگی هستم. چشم من از غصه کاهیده شد، بلکه جانم وجسدم نیز.۹
10 Ömrüm qüssə ilə, İllərim ah-nalə ilə keçir. Təqsirimə görə taqətim qalmayıb, Sümüklərim quruyub.
زیرا که حیاتم از غم و سالهایم ازناله فانی گردیده است. قوتم از گناهم ضعیف واستخوانهایم پوسیده شد.۱۰
11 Bütün düşmənlərim mənə tənə edir, Qonşularımsa onlardan daha betərdir, Tanışlarım məni görərkən dəhşətə düşür, Məni küçələrdə görənlər məndən qaçır.
نزد همه دشمنانم عار گردیده‌ام. خصوص نزد همسایگان خویش وباعث خوف آشنایان شده‌ام. هرکه مرا بیرون بینداز من می‌گریزد.۱۱
12 Ölü bir adam kimi unudulmuşam, Çilik-çilik qırılan bir qaba oxşayıram.
مثل مرده از خاطر فراموش شده‌ام و مانند ظرف تلف شده گردیده‌ام.۱۲
13 Çox adamların pıçıltısını eşidirəm, Hər tərəfimi dəhşət alıb, Hamı əleyhimə əlbir olub, Canımı almaq üçün qəsd qurub.
زیراکه بهتان را از بسیاری شنیدم و خوف گرداگرد من می‌باشد، زیرا بر من با هم مشورت می‌کنند و درقصد جانم تفکر می‌نمایند.۱۳
14 Ya Rəbb, yalnız Sənə güvənirəm, Dedim: «Allahımsan Sən».
و اما من بر تو ای خداوند توکل می‌دارم و گفته‌ام خدای من توهستی.۱۴
15 Mənim hər anım Sənin əlindədir, Düşmənlərimin, təqibçilərimin əlindən Məni azad et.
وقتهای من در دست تو می‌باشد. مرا ازدست دشمنانم و جفاکنندگانم خلاصی ده.۱۵
16 Bəndənin üstünə üzünün nurunu sal, Məhəbbətinlə məni qurtar.
روی خود را بربنده ات تابان ساز و مرا به رحمت خود نجات‌بخش.۱۶
17 Ya Rəbb, məni xəcalətdə qoyma, Çünki Səni çağırıram. Qoy pislər utansın, Qoy ölülər diyarında səsləri batsın. (Sheol h7585)
‌ای خداوند خجل نشوم چونکه تو را خوانده‌ام. شریران خجل شوندو در حفره خاموش باشند. (Sheol h7585)۱۷
18 Təkəbbürlə, həqarətlə yalan danışan, Salehlərə böhtan atan dillər lal olsun!
لبهای دروغ گوگنگ شود که به درشتی و تکبر و استهانت برعادلان سخن می‌گوید.۱۸
19 Xeyirxahlığın nə qədər böyükdür! Bunu Səndən qorxanlar üçün saxladın. Bütün bəşər övladları qarşısında Sənə pənah gətirənlərə xeyirxahlıq etdin.
زهی عظمت احسان توکه برای ترسندگانت ذخیره کرده‌ای و برای متوکلانت پیش بنی آدم ظاهر ساخته‌ای.۱۹
20 Onları insanların qəsdlərindən Hüzurunda sığındırırsan, Böhtançı dillərə qarşı çardağında gizlədirsən.
ایشان را در پرده روی خود از مکاید مردم خواهی پوشانید. ایشان را در خیمه‌ای از عداوت زبانها مخفی خواهی داشت.۲۰
21 Qoy Rəbbə alqış olsun! Çünki mühasirəyə düşən şəhərdə Məhəbbətini xariqələrlə mənə göstərdi!
متبارک بادخداوند که رحمت عجیب خود را در شهرحصین به من ظاهر کرده است.۲۱
22 Mən təlaşa düşüb demişdim: «Sənin gözlərinin önündən kənara atıldım». Lakin Səni imdada çağıranda Yalvarış səsimi eşitdin.
و اما من درحیرت خود گفتم که از نظر تو منقطع شده‌ام. لیکن چون نزد تو فریاد کردم آواز تضرع مرا شنیدی.۲۲
23 Rəbbi sevin, siz ey bütün möminlər! Rəbb həmişə Ona sadiq qalanı qoruyur, Təkəbbürlü insana isə layiq olduğunu verir.
‌ای جمیع مقدسان خداوند او را دوست دارید. خداوند امنا را محفوظ می‌دارد و متکبران رامجازات کثیر می‌دهد.۲۳
24 Ey Rəbbə ümid bağlayan bütün insanlar, Möhkəm olun, qoy ürəyiniz cəsarətli olsun!
قوی باشید و دل شما راتقویت خواهد داد. ای همگانی که برای خداوندانتظار می‌کشید!۲۴

< Zəbur 31 >