< Zəbur 3 >
1 Davudun məzmuru. Oğlu Avşalomun qarşısından qaçanda. Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb! Əleyhimə qalxanlar nə qədər artıb!
2 Mənim üçün çoxları deyir: «Allahdan ona xilas yoxdur». (Sela)
3 Amma Sən, ya Rəbb, ətrafımda sipərsən, Şərəfimsən, başımı ucaldan Sənsən!
4 Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir. (Sela)
5 Mən yatıram, yuxuya gedirəm, Yenə oyanıram, çünki Rəbb mənə kömək edir.
6 Hər yandan məni mühasirəyə alan On minlərlə xalqdan qorxmuram.
7 Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar! Çünki Sən bütün düşmənlərimin əngindən vurursan, Pislərin dişlərini qırırsan.
8 Qurtuluş Rəbdəndir, Qoy Sənin xeyir-duan xalqının üzərində olsun! (Sela)