< Zəbur 26 >

1 Davudun məzmuru. Məni haqlı çıxar, ya Rəbb, Çünki mən kamalla gəzmişəm, Sarsılmadan Rəbbimə güvənmişəm.
לְדָוִד ׀ שׇׁפְטֵנִי יְהֹוָה כִּֽי־אֲנִי בְּתֻמִּי הָלַכְתִּי וּבַיהֹוָה בָּטַחְתִּי לֹא אֶמְעָֽד׃
2 Ya Rəbb, məni sınaqdan keçir, Sən məni imtahan et, Qəlbimi, fikirlərimi saf et.
בְּחָנֵנִי יְהֹוָה וְנַסֵּנִי (צרופה) [צׇרְפָה] כִלְיוֹתַי וְלִבִּֽי׃
3 Məhəbbətin gözümün önündə durur, Sənin sədaqətinlə gəzirəm.
כִּֽי־חַסְדְּךָ לְנֶגֶד עֵינָי וְהִתְהַלַּכְתִּי בַּאֲמִתֶּֽךָ׃
4 Yalançı insanlarla oturmuram, İkiüzlülərlə yoldaşlıq etmirəm,
לֹֽא־יָשַׁבְתִּי עִם־מְתֵי־שָׁוְא וְעִם נַעֲלָמִים לֹא אָבֽוֹא׃
5 Yaramazların məclisinə nifrət edirəm, Pislərlə oturmuram.
שָׂנֵאתִי קְהַל מְרֵעִים וְעִם־רְשָׁעִים לֹא אֵשֵֽׁב׃
6 Ya Rəbb, günahsızlıq içində əllərimi yuyuram, Qurbangahının başına dolanıram,
אֶרְחַץ בְּנִקָּיוֹן כַּפָּי וַאֲסֹבְבָה אֶת־מִזְבַּחֲךָ יְהֹוָֽה׃
7 Şükür səsimi ucaldıram, Bütün xariqələrini bəyan edirəm.
לַשְׁמִעַ בְּקוֹל תּוֹדָה וּלְסַפֵּר כׇּל־נִפְלְאוֹתֶֽיךָ׃
8 Ya Rəbb, məskənin olan evi, Calalının sakin olduğu yeri sevirəm.
יְֽהֹוָה אָהַבְתִּי מְעוֹן בֵּיתֶךָ וּמְקוֹם מִשְׁכַּן כְּבוֹדֶֽךָ׃
9 Məni günahkarlara qatıb aparma, Qatillərlə birgə canımı alma.
אַל־תֶּאֱסֹף עִם־חַטָּאִים נַפְשִׁי וְעִם־אַנְשֵׁי דָמִים חַיָּֽי׃
10 Onlar pis niyyəti əllərində tutublar, Sağ əllərini rüşvətlə doldurublar.
אֲשֶׁר־בִּידֵיהֶם זִמָּה וִימִינָם מָלְאָה שֹּֽׁחַד׃
11 Mənsə kamalla gəzirəm, Məni qurtar, mənə lütf et!
וַאֲנִי בְּתֻמִּי אֵלֵךְ פְּדֵנִי וְחׇנֵּֽנִי׃
12 Ayağım düzlük üstündə durur, Cəmiyyətin içində Rəbbə alqış edəcəyəm.
רַגְלִי עָמְדָה בְמִישׁוֹר בְּמַקְהֵלִים אֲבָרֵךְ יְהֹוָֽה׃

< Zəbur 26 >