< Zəbur 21 >
1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ya Rəbb, padşah qüdrətinlə sevinir, Zəfərinlə fərəhlənir.
Psalmus David, in finem. Domine in virtute tua laetabitur rex: et super salutare tuum exultabit vehementer.
2 Onu ürəyinin arzusuna çatdırmısan, Dilindən çıxan diləyini ondan əsirgəməmisən. (Sela)
Desiderium cordis eius tribuisti ei: et voluntate labiorum eius non fraudasti eum.
3 Çünki onu yaxşı nemətlərlə qarşılamısan, Saf qızıldan başına tac qoymusan.
Quoniam praevenisti eum in benedictionibus dulcedinis: posuisti in capite eius coronam de lapide pretioso.
4 Səndən həyat istəyəndə ona verdin, Onun ömrünü əbədi olaraq uzatmısan.
Vitam petiit a te: et tribuisti ei longitudinem dierum in saeculum, et in saeculum saeculi.
5 Ona zəfər çaldıraraq şərəfini ucaltmısan, Ehtişam və əzəmət bağışlamısan.
Magna est gloria eius in salutari tuo: gloriam et magnum decorem impones super eum.
6 Əbədi olaraq başına nemətlər tökmüsən, Hüzurundakı sevinclə Sən onu fərəhləndirmisən.
Quoniam dabis eum in benedictionem in saeculum saeculi: laetificabis eum in gaudio cum vultu tuo.
7 Çünki padşah Rəbbə güvənir, Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır.
Quoniam rex sperat in Domino: et in misericordia Altissimi non commovebitur.
8 Əlin bütün düşmənlərini tapacaq, Sağ əlin yağıları tutacaq.
Inveniatur manus tua omnibus inimicis tuis: dextera tua inveniat omnes, qui te oderunt.
9 Ya Rəbb, onlara görünən zaman Sən onları soba tək yandıracaqsan, Onları qəzəbinlə yeyib, alovunla udacaqsan.
Pones eos ut clibanum ignis in tempore vultus tui: Dominus in ira sua conturbabit eos, et devorabit eos ignis.
10 Övladlarını yer üzündən, Gələcək nəsillərini insanlar arasından yox edəcəksən.
Fructum eorum de terra perdes: et semen eorum a filiis hominum.
11 Çünki pis niyyətlə əleyhinə çıxdılar, Hiylə işlətdilər, amma gücləri çatmadı.
Quoniam declinaverunt in te mala; cogitaverunt consilia, quae non potuerunt stabilire.
12 Çünki Sən onları geri qovacaqsan, Yay çəkib oxla üzlərini nişan alacaqsan.
Quoniam pones eos dorsum: in reliquiis tuis praeparabis vultum eorum.
13 Ya Rəbb, qoy Sənin uca qüdrətini görək! Əzəmətini ilahilərlə tərənnüm edək!
Exaltare Domine in virtute tua: cantabimus et psallemus virtutes tuas.