< Zəbur 20 >

1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Dar gündə Rəbb sənə cavab versin, Yaqubun Allahının ismi səni hifz etsin!
לַמְנַצֵּחַ מִזְמוֹר לְדָוִֽד׃ יַֽעַנְךָ יְהֹוָה בְּיוֹם צָרָה יְשַׂגֶּבְךָ שֵׁם ׀ אֱלֹהֵי יַעֲקֹֽב׃
2 Müqəddəs məskənindən köməyinə çatsın, Siondan sənə dayaq olsun!
יִשְׁלַֽח־עֶזְרְךָ מִקֹּדֶשׁ וּמִצִּיּוֹן יִסְעָדֶֽךָּ׃
3 Bütün təqdimlərindən razı qalsın, Yandırma qurbanların qəbul olunsun! (Sela)
יִזְכֹּר כׇּל־מִנְחֹתֶךָ וְעוֹלָתְךָ יְדַשְּׁנֶה סֶֽלָה׃
4 O səni ürəyinin istəyinə çatdırsın, Hər bir niyyətini yerinə yetirsin!
יִֽתֶּן־לְךָ כִלְבָבֶךָ וְֽכׇל־עֲצָתְךָ יְמַלֵּֽא׃
5 Biz sənin zəfərlərinə mədh oxuyarıq, Allahımız naminə bayraqlarımızı qaldırarıq! Rəbb səni hər bir diləyinə çatdırsın!
נְרַנְּנָה ׀ בִּישׁוּעָתֶךָ וּבְשֵֽׁם־אֱלֹהֵינוּ נִדְגֹּל יְמַלֵּא יְהֹוָה כׇּל־מִשְׁאֲלוֹתֶֽיךָ׃
6 İndi bildim ki, Rəbb məsh etdiyinə zəfərlər verər, Müqəddəs səmasından ona cavab göndərər, Sağ əlinin qüdrəti onu qalib edər.
עַתָּה יָדַעְתִּי כִּי הוֹשִׁיעַ ׀ יְהֹוָה מְשִׁיחוֹ יַעֲנֵהוּ מִשְּׁמֵי קׇדְשׁוֹ בִּגְבֻרוֹת יֵשַׁע יְמִינֽוֹ׃
7 Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, Bizsə Allahımız Rəbbin adı ilə öyünürük.
אֵלֶּה בָרֶכֶב וְאֵלֶּה בַסּוּסִים וַאֲנַחְנוּ ׀ בְּשֵׁם־יְהֹוָה אֱלֹהֵינוּ נַזְכִּֽיר׃
8 Onlar büdrəyəcəklər, yıxılacaqlar, Bizsə qalxıb dik duracağıq.
הֵמָּה כָּרְעוּ וְנָפָלוּ וַאֲנַחְנוּ קַּמְנוּ וַנִּתְעוֹדָֽד׃
9 Ya Rəbb, Sən padşaha zəfər ver, Səni çağırarkən bizə cavab ver.
יְהֹוָה הוֹשִׁיעָה הַמֶּלֶךְ יַעֲנֵנוּ בְיוֹם־קׇרְאֵֽנוּ׃

< Zəbur 20 >