< Zəbur 2 >

1 Nə üçün millətlər belə vurnuxmaya düşür, Ümmətlər boş şeylər düşünür?
Nə üçün millətlər belə vurnuxmaya düşür, Ümmətlər boş şeylər düşünür?
2 Dünya şahları yığışır, Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir.
Dünya şahları yığışır, Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir.
3 Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, Üstümüzdəki zəncirlərini ataq».
Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, Üstümüzdəki zəncirlərini ataq».
4 Göylərin sakini gülür, Xudavənd onlara istehza edir.
Göylərin sakini gülür, Xudavənd onlara istehza edir.
5 Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək, Qəzəbi ilə onları dəhşətə gətirəcək.
Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək, Qəzəbi ilə onları dəhşətə gətirəcək.
6 O deyir: «Mən padşahımı Müqəddəs dağım Sionda əyləşdirmişəm».
O deyir: «Mən padşahımı Müqəddəs dağım Sionda əyləşdirmişəm».
7 Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi: «Sən Mənim oğlumsan, Mən bu gün sənə Ata oldum.
Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi: «Sən Mənim oğlumsan, Mən bu gün sənə Ata oldum.
8 Məndən istə, onda irs olaraq millətləri, Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm.
Məndən istə, onda irs olaraq millətləri, Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm.
9 Onları dəmir əsa ilə qıracaqsan, Saxsı qab kimi çilik-çilik edəcəksən».
Onları dəmir əsa ilə qıracaqsan, Saxsı qab kimi çilik-çilik edəcəksən».
10 İndi, ey şahlar, müdrik olun! Ey dünya hakimləri, ibrət alın!
İndi, ey şahlar, müdrik olun! Ey dünya hakimləri, ibrət alın!
11 Rəbdən qorxub Ona xidmət edin, Həm titrəyin, həm sevinin.
Rəbdən qorxub Ona xidmət edin, Həm titrəyin, həm sevinin.
12 Oğulu öpün ki, qəzəblənməsin, Yoxsa tutduğunuz yolda məhv olarsınız. Çünki qəzəbi tezliklə alovlanar. Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır!
Oğulu öpün ki, qəzəblənməsin, Yoxsa tutduğunuz yolda məhv olarsınız. Çünki qəzəbi tezliklə alovlanar. Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır!

< Zəbur 2 >