< Zəbur 15 >
1 Davudun məzmuru. Ya Rəbb, çadırında kim qalar? Müqəddəs dağında kim məskən salar?
2 Kamillik yolu ilə gedən, Əməlisaleh olan, Ürəkdən həqiqəti söyləyən,
3 Dilinə böhtan gəlməyən, Dostuna yamanlıq etməyən, Qonşusunu təhqir etməyən,
4 Şərəfsizə xor baxan, Rəbdən qorxanlarasa hörmət edən, Zərərinə olsa belə, andından geri dönməyən,
5 Sələmlə pul verməyən, Təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan. Əsla sarsılmaz belə həyat sürən insan!