< Zəbur 147 >

1 Rəbbə həmd edin! Allahımızı tərənnüm etmək nə qədər yaxşıdır! O buna layiqdir, Ona həmdlər söyləmək xoşdur!
Give praise to the Lord; for it is good to make melody to our God; praise is pleasing and beautiful.
2 Rəbb Yerusəlimi bərpa edər, İsrailin əsarətdə olanlarını yığıb-gətirər.
The Lord is building up Jerusalem; he makes all the outlaws of Israel come together.
3 O, sınıq qəlblərə şəfa verər, Yaralarını sarıyar.
He makes the broken-hearted well, and puts oil on their wounds.
4 Ulduzların sayını hesablar, Hər birini öz adı ilə çağırar.
He sees the number of the stars; he gives them all their names.
5 Xudavəndimiz əzəmətlidir, Qüvvəti çoxdur, dərrakəsi hədsizdir!
Great is our Lord, and great his power; there is no limit to his wisdom.
6 Rəbb məzlumları ayağa qaldırar, Pisləri isə toz-torpaq içinə atar.
The Lord gives help to the poor in spirit; but he sends sinners down in shame.
7 Rəbbə şükür nəğməsi söyləyin, Allahımızı lira ilə tərənnüm edin!
Make songs of praise to the Lord; make melody to our God with instruments of music.
8 O, göyləri buludlarla bürüyər, Yer üzünü yağışla təmin edər, Dağlarda ot bitirər.
By his hand the heaven is covered with clouds and rain is stored up for the earth; he makes the grass tall on the mountains.
9 O, heyvanlara yem verər, Çığırışan quzğun balalarını yemlər.
He gives food to every beast, and to the young ravens in answer to their cry.
10 O, güclü atlardan zövq almaz, Qüvvətli addımlardan razı qalmaz.
He has no delight in the strength of a horse; he takes no pleasure in the legs of a man.
11 Amma Rəbb Ondan qorxanlardan, Onun məhəbbətinə ümid bağlayanlardan razı qalar.
The Lord takes pleasure in his worshippers, and in those whose hope is in his mercy.
12 Ey Yerusəlim, Rəbbi mədh et! Ey Sion, Allahına həmd et!
Give praise to the Lord, O Jerusalem; give praise to your God, O Zion.
13 Çünki darvazalarının cəftələrini bərkidər, Sənin əhalinə bərəkət verər.
He has made strong the iron bands of your doors; he has sent blessings on your children inside your walls.
14 Sərhədinə əmin-amanlıq, Sənə doyunca əla taxıl yetirər.
He gives peace in all your land, making your stores full of fat grain.
15 Kəlamını yer üzünə yollar, Onun sözü tez yayılar.
He sends out his orders to the earth; his word goes out quickly.
16 Ağ yun kimi qar yağdırar, Kül kimi qırov salar.
He gives snow like wool; he sends out ice-drops like dust.
17 Parça-parça dolu tökər. Onun soyuğuna kim dözə bilər?
He sends down ice like raindrops: water is made hard by his cold.
18 Buyruq verəndə buz əriyər, Külək əsdirəndə sular sel tək axar.
At the outgoing of his word, the ice is turned to water; when he sends out his wind, there is a flowing of waters.
19 O, Yaqub nəslinə sözlərini, İsraillilərə qanun və hökmlərini bildirir.
He makes his word clear to Jacob, teaching Israel his laws and his decisions.
20 Başqa millətlər üçün belə etməyib, Heç birinə hökmlərini bildirməyib. Rəbbə həmd edin!
He has not done these things for any other nation: and as for his laws, they have no knowledge of them. Let the Lord be praised.

< Zəbur 147 >