< Zəbur 145 >

1 Davudun həmd nəğməsi. Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm, İsminə sonsuza qədər alqış edəcəyəm.
תהלה לדוד ארוממך אלוהי המלך ואברכה שמך לעולם ועד
2 Sənə hər gün alqış edəcəyəm, İsminə əbədilik həmd edəcəyəm.
בכל-יום אברכך ואהללה שמך לעולם ועד
3 Rəbb əzəmətlidir, bol həmdə layiqdir, Onun əzəməti insan ağlına sığmaz.
גדול יהוה ומהלל מאד ולגדלתו אין חקר
4 Əməllərin nəsildən-nəslə qədər mədh ediləcək, Qüdrətli işlərin bəyan ediləcək.
דור לדור ישבח מעשיך וגבורתיך יגידו
5 Əzəmətindən, izzətindən, şərəfindən deyiləcək, Xariqəli işlərini dərindən düşünəcəyəm.
הדר כבוד הודך-- ודברי נפלאתיך אשיחה
6 İnsanlar zəhmli işlərinin qüdrətindən danışacaq, Sənin əzəmətini elan edəcəyəm.
ועזוז נוראתיך יאמרו וגדלותיך (וגדלתך) אספרנה
7 İnsanlar Sənin bol xeyirxahlığını bəyan edəcəklər, Salehliyini mədh edəcəklər.
זכר רב-טובך יביעו וצדקתך ירננו
8 Rəbb lütfkar və rəhmlidir, Hədsiz səbirli və bol məhəbbətlidir.
חנון ורחום יהוה ארך אפים וגדל-חסד
9 Rəbb hamıya xeyirxahlıq edər, Yaratdıqlarının hər birinə mərhəmət göstərər.
טוב-יהוה לכל ורחמיו על-כל-מעשיו
10 Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, Möminlərin Sənə alqış edəcək.
יודוך יהוה כל-מעשיך וחסידיך יברכוכה
11 Padşahlığının əzəmətindən deyəcəklər, Qüdrətindən danışacaqlar.
כבוד מלכותך יאמרו וגבורתך ידברו
12 Qoy bəşər övladları Sənin qüdrətini, Padşahlığının izzətini, əzəmətini bilsin.
להודיע לבני האדם--גבורתיו וכבוד הדר מלכותו
13 Sənin padşahlığın əbədi padşahlıqdır, Səltənətin nəsildən-nəslə qədər uzanır.
מלכותך מלכות כל-עלמים וממשלתך בכל-דור ודר
14 Rəbb yıxılanların hamısına dayaqdır, Qəddi əyilənlərin hamısını qaldırır.
סומך יהוה לכל-הנפלים וזוקף לכל-הכפופים
15 Ya Rəbb, hamının gözü Sənə baxır, Vaxtlı-vaxtında onlara azuqə verirsən.
עיני-כל אליך ישברו ואתה נותן-להם את-אכלם בעתו
16 Əlini açırsan, Bütün canlıları doyunca yedirirsən.
פותח את-ידך ומשביע לכל-חי רצון
17 Rəbb bütün yollarında adildir, Hər işində sadiqdir.
צדיק יהוה בכל-דרכיו וחסיד בכל-מעשיו
18 Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır.
קרוב יהוה לכל-קראיו-- לכל אשר יקראהו באמת
19 Ondan qorxanları murada çatdırar, Fəryadlarına qulaq asıb onları qurtarar.
רצון-יראיו יעשה ואת-שועתם ישמע ויושיעם
20 Rəbb Onu sevənlərin hamısını hifz edər, Bütün pis adamlarınsa kökünü kəsər.
שומר יהוה את-כל-אהביו ואת כל-הרשעים ישמיד
21 Mənim dilim Rəbbə həmd oxuyacaq, Qoy Onun müqəddəs isminə bütün bəşəriyyət əbədilik alqış etsin!
תהלת יהוה ידבר-פי ויברך כל-בשר שם קדשו--לעולם ועד

< Zəbur 145 >