< Zəbur 144 >

1 Davudun məzmuru. Alqış olsun Rəbbə, Qayama! Əllərimə döyüş təlimi, Barmaqlarıma müharibə təlimi verən Odur.
[By David.] Blessed be the LORD, my Rock, who teaches my hands to war, and my fingers to battle:
2 Mənə Məhəbbət göstərən, mənim Qalam, Qülləm, Xilaskarım, Qalxanım, Pənahgahım, Xalqımı mənə itaət etdirən Odur.
my loving kindness, my fortress, my high tower, my deliverer, my shield, and he in whom I take refuge; who subdues peoples under me.
3 Ya Rəbb, insan kimdir ki, qayğısına qalırsan, Bəşər övladı kimdir ki, onu düşünürsən?
LORD, what is man, that you care for him? Or the son of man, that you think of him?
4 İnsan bir nəfəsə bənzər, Ömrü kölgə kimi keçib-gedər.
Man is like a breath. His days are like a shadow that passes away.
5 Ya Rəbb, göyləri yar, aşağı en, Dağlara toxun, qoy tüstülənsin.
Part your heavens, LORD, and come down. Touch the mountains, and they will smoke.
6 Şimşəyini çaxdır, düşmənləri dağıt, Oxlarını yağdır, yağıları darmadağın et.
Throw out lightning, and scatter them. Send out your arrows, and rout them.
7 Göylərdən əl uzadıb dərin sulardan məni xilas et, Məni yadellilərin əlindən azad et.
Stretch out your hand from above, rescue me, and deliver me out of great waters, out of the hands of foreigners;
8 Onların dili yalan danışar, Sağ əlləri yalandan and etmək üçün qalxar.
whose mouths speak deceit, Whose right hand is a right hand of falsehood.
9 Ey Allah, Sənə yeni bir ilahi ilə şükür edəcəyəm, Səni ontelli çənglə tərənnüm edəcəyəm.
I will sing a new song to you, God. On a ten-stringed lyre, I will sing praises to you.
10 Sənsən padşahlara zəfər qazandıran, Qulun Davudu amansız qılıncdan qurtaran.
You are he who gives salvation to kings, who rescues David, his servant, from the deadly sword.
11 Məni yadellilərin əlindən xilas et, Sən məni azad et! Onların dili yalan danışar, Sağ əlləri yalandan and etmək üçün qalxar.
Rescue me, and deliver me out of the hands of foreigners, whose mouths speak deceit, whose right hand is a right hand of falsehood.
12 Qoy yeniyetmə oğullarımız sağlam fidan kimi boy atsın, Qızlarımız oyulmuş saray sütunları kimi gümrah olsun.
Then our sons will be like well-nurtured plants, our daughters like pillars carved to adorn a palace.
13 Anbarlarımız müxtəlif nemətlərlə dolub-daşsın, Otlaqda qoyunlarımız minlərlə, on minlərlə çoxalsın.
Our storehouses are full, filled with all kinds of provision. Our sheep bring forth thousands and ten thousands in our fields.
14 Naxırlarımız çoxlu balalar versin, Hasarlarımız dəlmə-deşiksiz olsun. İnsanlarımız əsir düşməsin, Meydanlarımız şivən səsinə bir daha bürünməsin.
Our oxen will pull heavy loads. There is no breaking in, and no going away, and no outcry in our streets.
15 Nə bəxtiyardır belə xeyir-dua alan xalq! Nə bəxtiyardır Allahı Rəbb olan xalq!
Blessed are the people who are in such a situation. Blessed are the people whose God is the LORD.

< Zəbur 144 >