< Zəbur 140 >
1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ya Rəbb, məni şər adamlardan xilas et, Məni qəddar insanlardan hifz et.
Избави ме, Господе, од човека злог, сачувај ме од насилника,
2 Ürəklərində pis niyyətləri var, Hər gün dava yaradırlar.
Који помишљају зло у срцу и сваки дан подижу рат;
3 Kəskin dilləri ilan tək çalar, Sanki dodaqlarında gürzə zəhəri var. (Sela)
Оштре језик свој као змија, јед је аспидин у устима њиховим.
4 Ya Rəbb, şər insanın əlindən, Qəddar insanlardan məni qoru. İstəyirlər ki, ayağımı büdrətsinlər.
Сачувај ме, Боже, од руку безбожничких, од насилника сахрани ме, који мисле да поткину ноге моје.
5 Bu təkəbbürlü insanlar mənə tələ qurublar, Tor atıblar, cələlərini yolumun üstünə qoyublar. (Sela)
Охоли ми наместише замке и пругла, метнуше ми мрежу на пут, пређу разапеше ми.
6 Rəbbə dedim: «Allahım Sənsən, Ya Rəbb, yalvarıram, Sən məni eşit!
Рекох Господу: Ти си Бог мој, услиши, Господе, глас мољења мог.
7 Ey Xudavənd Rəbb, Sən qüvvətli Xilaskarımsan, Döyüş günündə başıma dəbilqə qoymusan.
Господе, Господе, крепки Спаситељу мој, заклони главу моју у дан ратни!
8 Ya Rəbb, qoy pis adam muradına çatmasın, Pis niyyətinə imkan vermə, qoy lovğalanmasın». (Sela)
Не дај, Господе, безбожнику шта жели, не дај му да докучи шта је наумио, да се не узносе.
9 Ətrafımdakıların ağzından çıxan pis sözlər Qoy öz başlarına tökülsün!
Отров оних што су око мене, погибао уста њихових нека се обрати на њих.
10 Qoy onların üstünə yanar közlər tökülsün, Onlar quyuya düşüb, çıxa bilməsin!
Нека падне на њих живо угљевље; нека их Он баци у огањ, у пропасти, да не устану.
11 Qoyma ki bu ölkədə iftiraçı uğur qazansın, Bəlalar qəddarı vursun, onu ovlasın!
Човек језичан неће се утврдити на земљи, неправедног ће злоћа увалити у погибао.
12 Bilirəm ki, Rəbb məzlumların məhkəmə işinə baxır, Fəqirlərə haqq qazandırır.
Знам да ће Господ показати правду невољноме и правицу убогима.
13 Bəli, salehlər Sənin isminə şükür oxuyacaq, Əməlisalehlər hüzurunda yaşayacaq.
Да! Праведни ће славити име Твоје, прави ће остати пред лицем Твојим.