< Zəbur 135 >

1 Rəbbə həmd edin! Rəbbin isminə həmd edin, Ey Rəbbin qulları, həmd edin!
הללו יה הללו את שם יהוה הללו עבדי יהוה׃
2 Ey Rəbbin evində xidmət edənlər, Allahımızın evinin həyətində duranlar,
שעמדים בבית יהוה בחצרות בית אלהינו׃
3 Rəbb yaxşıdır, Rəbbə həmd edin, O nə qədər şirindir, isminə tərənnüm oxuyun!
הללו יה כי טוב יהוה זמרו לשמו כי נעים׃
4 Çünki Rəbb Özü üçün Yaqubu seçdi, İsraili Özünə məxsus xalq olaraq seçdi.
כי יעקב בחר לו יה ישראל לסגלתו׃
5 Bilirəm, Rəbb əzəmətlidir, Xudavəndimiz bütün allahlardan üstündür.
כי אני ידעתי כי גדול יהוה ואדנינו מכל אלהים׃
6 Göylərdə, yer üzündə, Dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər.
כל אשר חפץ יהוה עשה בשמים ובארץ בימים וכל תהומות׃
7 Yerin ucqarlarından buludları qaldırar, Şimşəkləri çaxdırar, yağış yağdırar, Küləkləri öz mənbələrindən çıxarar.
מעלה נשאים מקצה הארץ ברקים למטר עשה מוצא רוח מאוצרותיו׃
8 Rəbb Misirlilərin ilk oğullarını qırdı, Hər insanın, hər heyvanın ilk balasını öldürdü.
שהכה בכורי מצרים מאדם עד בהמה׃
9 Ey Misir, sənin daxilində, Fironla bütün əyanlarının üzərində O, əlamətlərini, möcüzələrini göstərdi.
שלח אתות ומפתים בתוככי מצרים בפרעה ובכל עבדיו׃
10 Nə qədər millətləri qırdı, Qüdrətli padşahları öldürdü.
שהכה גוים רבים והרג מלכים עצומים׃
11 Emorluların padşahı Sixonu, Başan padşahı Oqu, Bütün Kənan padşahlarını qırdı.
לסיחון מלך האמרי ולעוג מלך הבשן ולכל ממלכות כנען׃
12 Onların torpaqlarını, mülklərini Öz xalqı İsrailə irs olaraq verdi.
ונתן ארצם נחלה נחלה לישראל עמו׃
13 Ya Rəbb, Sənin adın əbədidir! Ey Rəbb, ismin nəsillərdən-nəsillərə çatır!
יהוה שמך לעולם יהוה זכרך לדר ודר׃
14 Rəbb xalqına haqq verəcək, Qullarına rəhm edəcək.
כי ידין יהוה עמו ועל עבדיו יתנחם׃
15 Amma millətlərin bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir.
עצבי הגוים כסף וזהב מעשה ידי אדם׃
16 Ağızları var, danışa bilmir, Gözləri var, amma görmür,
פה להם ולא ידברו עינים להם ולא יראו׃
17 Qulaqları var, eşitmir, Ağızlarından nəfəs gəlmir.
אזנים להם ולא יאזינו אף אין יש רוח בפיהם׃
18 Bütləri düzəldən, onlara güvənən insanlar Bu bütlər kimi cansız olacaqlar.
כמוהם יהיו עשיהם כל אשר בטח בהם׃
19 Ey İsraillilər, Rəbbə alqış edin! Ey Harun nəsli, Rəbbə alqış söyləyin!
בית ישראל ברכו את יהוה בית אהרן ברכו את יהוה׃
20 Ey Levi nəsli, Rəbbə alqış edin! Ey Rəbdən qorxanlar, Ona alqış söyləyin!
בית הלוי ברכו את יהוה יראי יהוה ברכו את יהוה׃
21 Rəbbə Siondan alqış oxunsun! Rəbb Yerusəlimdə yaşayır! Rəbbə həmd edin!
ברוך יהוה מציון שכן ירושלם הללו יה׃

< Zəbur 135 >