< Zəbur 133 >
1 Davudun ziyarət nəğməsi. Nə yaxşıdır, nə xoşdur Qardaş olub bir yaşamaq!
2 Belə yaşamaq qiymətli yağ kimidir; O yağ ki başa çəkilib saqqala, Harunun saqqalından paltarının yaxasına axırdı.
3 Sanki Xermon dağının şehi Sion dağlarına düşür, Çünki Rəbb buyurub ki, Bu məkana bərəkət, əbədi həyat verilsin.