< Zəbur 132 >

1 Ziyarət nəğməsi. Ya Rəbb, Davudu, Çəkdiyi bütün əzabları,
שִׁ֗יר הַֽמַּ֫עֲל֥וֹת זְכוֹר־יְהוָ֥ה לְדָוִ֑ד אֵ֝ת כָּל־עֻנּוֹתֽוֹ׃
2 Rəbbə etdiyi andı, Yaqubun qüdrətli Allahına etdiyi əhdi yada sal.
אֲשֶׁ֣ר נִ֭שְׁבַּע לַיהוָ֑ה נָ֝דַ֗ר לַאֲבִ֥יר יַעֲקֹֽב׃
3 O dedi: «Öz evimdə yaşamaram, Yatağımda yatmaram,
אִם־אָ֭בֹא בְּאֹ֣הֶל בֵּיתִ֑י אִם־אֶ֝עֱלֶ֗ה עַל־עֶ֥רֶשׂ יְצוּעָֽי׃
4 Gözümə yuxu getməz, Gözlərimi yummaram
אִם־אֶתֵּ֣ן שְׁנַ֣ת לְעֵינָ֑י לְֽעַפְעַפַּ֥י תְּנוּמָֽה׃
5 Rəbbə layiq bir yer, Yaqubun qüdrətli Allahına bir məskən tapana qədər».
עַד־אֶמְצָ֣א מָ֭קוֹם לַיהוָ֑ה מִ֝שְׁכָּנ֗וֹת לַאֲבִ֥יר יַעֲקֹֽב׃
6 Əhd sandığının Efratada olduğunu eşitdik, Onu Yaar tarlalarında tapdıq.
הִנֵּֽה־שְׁמַֽעֲנ֥וּהָ בְאֶפְרָ֑תָה מְ֝צָאנ֗וּהָ בִּשְׂדֵי־יָֽעַר׃
7 Dedik: «Gəlin, Onun məkanına gedək, Kətilində səcdə edək».
נָב֥וֹאָה לְמִשְׁכְּנוֹתָ֑יו נִ֝שְׁתַּחֲוֶ֗ה לַהֲדֹ֥ם רַגְלָֽיו׃
8 Ya Rəbb, qüvvənin rəmzi olan sandığınla birgə İstirahət edəcəyin yerə qalx.
קוּמָ֣ה יְ֭הוָה לִמְנוּחָתֶ֑ךָ אַ֝תָּ֗ה וַאֲר֥וֹן עֻזֶּֽךָ׃
9 Kahinlərin həqiqətə bürünsün, Möminlərin Səni mədh etsin.
כֹּהֲנֶ֥יךָ יִלְבְּשׁוּ־צֶ֑דֶק וַחֲסִידֶ֥יךָ יְרַנֵּֽנוּ׃
10 Qulun Davudun xatirinə Məsh etdiyindən üz döndərmə.
בַּ֭עֲבוּר דָּוִ֣ד עַבְדֶּ֑ךָ אַל־תָּ֝שֵׁ֗ב פְּנֵ֣י מְשִׁיחֶֽךָ׃
11 Rəbb Davuda sədaqətlə and içdi, Bu andından dönməz: «Belindən gələn oğullarından birini Səndən sonra taxtında oturdacağam.
נִשְׁבַּֽע־יְהוָ֨ה ׀ לְדָוִ֡ד אֱמֶת֮ לֹֽא־יָשׁ֪וּב מִ֫מֶּ֥נָּה מִפְּרִ֥י בִטְנְךָ֑ אָ֝שִׁ֗ית לְכִסֵּא־לָֽךְ׃
12 Əgər övladların əhdimə, Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə, Onların oğulları da Sonsuza qədər sənin taxtında oturacaq».
אִֽם־יִשְׁמְר֬וּ בָנֶ֨יךָ ׀ בְּרִיתִי֮ וְעֵדֹתִ֥י ז֗וֹ אֲלַ֫מְּדֵ֥ם גַּם־בְּנֵיהֶ֥ם עֲדֵי־עַ֑ד יֵ֝שְׁב֗וּ לְכִסֵּא־לָֽךְ׃
13 Çünki Rəbb Sionu seçdi, Orada Öz məskənini salmaq istədi.
כִּֽי־בָחַ֣ר יְהוָ֣ה בְּצִיּ֑וֹן אִ֝וָּ֗הּ לְמוֹשָׁ֥ב לֽוֹ׃
14 Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir, İstəyirəm ki, burada məskən salım.
זֹאת־מְנוּחָתִ֥י עֲדֵי־עַ֑ד פֹּֽה־אֵ֝שֵׁ֗ב כִּ֣י אִוִּתִֽיהָ׃
15 Bu yerə bol ruzi-bərəkət verəcəyəm, Buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm.
צֵ֭ידָהּ בָּרֵ֣ךְ אֲבָרֵ֑ךְ אֶ֝בְיוֹנֶ֗יהָ אַשְׂבִּ֥יעַֽ לָֽחֶם׃
16 Kahinlərini zəfərə bürüyəcəyəm, Möminləri sevinclə mədh oxuyacaq.
וְֽ֭כֹהֲנֶיהָ אַלְבִּ֣ישׁ יֶ֑שַׁע וַ֝חֲסִידֶ֗יהָ רַנֵּ֥ן יְרַנֵּֽנוּ׃
17 Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm, Məsh etdiyim üçün bir çıraq hazır etmişəm.
שָׁ֤ם אַצְמִ֣יחַ קֶ֣רֶן לְדָוִ֑ד עָרַ֥כְתִּי נֵ֝֗ר לִמְשִׁיחִֽי׃
18 Düşmənlərini xəcalətə salacağam, Lakin onun tacı nur saçacaq».
א֭וֹיְבָיו אַלְבִּ֣ישׁ בֹּ֑שֶׁת וְ֝עָלָ֗יו יָצִ֥יץ נִזְרֽוֹ׃

< Zəbur 132 >