< Zəbur 131 >
1 Davudun ziyarət nəğməsi. Ya Rəbb, təkəbbürlü deyiləm, Gözümü yuxarı yerlərə dikməmişəm, Gücüm çatmayan böyük işlərə girişməmişəm.
2 Ovunub səsimi kəsmişəm, Ana qucağında olan körpə kimiyəm, Sanki bir sakit körpəyə dönmüşəm.
3 Ey İsrail, Rəbbə ümidini bağla, İndidən sonsuzadək ümidini Ona bağla!