< Zəbur 130 >
1 Ziyarət nəğməsi. Ya Rəbb, dərinliklərdən Səni səsləyirəm.
2 Ey Xudavənd, səsimi eşit, Yalvarış səsimi yaxşı dinlə.
3 Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsan, Bəs, ey Xudavənd, kim bunun qarşısında dayana bilər?
4 Amma Sən bağışlayansan, Ona görə hamı Səndən çəkinir.
5 Rəbbi gözləyirəm, döyünən ürəyim gözləyir, Onun sözünə ümid edirəm.
6 Keşikçilər səhərin açılmasını gözlər, Bəli, keşikçilər səhərin açılmasını gözlər, Qəlbimsə bundan da çox Xudavəndin həsrətini çəkər.
7 Ey İsrail, Rəbbə ümidini bağla! Çünki Rəbdə məhəbbət var, Onda bol-bol qurtuluş var.
8 Ey İsrail, O səni Bütün təqsirlərindən azad edər!