< Zəbur 128 >
1 Ziyarət nəğməsi. Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!
2 Çünki öz əlinin bəhrəsini yeyəcəksən, Xoşbəxt olub uğur qazanacaqsan.
3 Evində arvadın tənək kimi bar gətirəcək, Övladların zeytun pöhrələri kimi Süfrənin ətrafını bürüyəcək.
4 Rəbdən qorxan insan Belə xeyir-dua alacaq:
5 Rəbb Siondan sənə xeyir-dua versin, Ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən,
6 Övladlarının övladlarını görəsən! İsrailin üzərinə sülh olsun!