< Zəbur 127 >

1 Süleymanın ziyarət nəğməsi. Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, Keşikçilər boş yerə orada gözlər.
Süleymanın ziyarət nəğməsi. Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, Keşikçilər boş yerə orada gözlər.
2 Erkən qalxıb gec yatmağınız, Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.
Erkən qalxıb gec yatmağınız, Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.
3 Övladlar Rəbbin verdiyi paydır, Bətnin bəhrəsi Onun mükafatıdır.
Övladlar Rəbbin verdiyi paydır, Bətnin bəhrəsi Onun mükafatıdır.
4 İnsanın gənc ikən övladları olarsa, Bir igidin əlindəki oxlara bənzər.
İnsanın gənc ikən övladları olarsa, Bir igidin əlindəki oxlara bənzər.
5 Oxdanı bu cür dolu olan nə bəxtiyardır! Darvazada əleyhdarları ilə çəkişən zaman Xəcalətli olmayacaq.
Oxdanı bu cür dolu olan nə bəxtiyardır! Darvazada əleyhdarları ilə çəkişən zaman Xəcalətli olmayacaq.

< Zəbur 127 >