< Zəbur 126 >
1 Ziyarət nəğməsi. Rəbb Siona bəxtəvər günlərini qaytaranda Bizə röya kimi gəldi.
2 Dodaqlarımızdan gülüş tökülürdü, Dilimizdən sevinc harayı yüksəlirdi. Millətlər öz aralarında belə deyirdi: «Rəbb onlar üçün böyük işlər görüb».
3 Bunun üçün sevinirik, Çünki Rəbb bizim üçün böyük işlər görüb.
4 Selləri Negevə qaytardığın kimi, Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar.
5 Göz yaşı ilə əkənlər Sevinc harayı çəkərək biçəcək.
6 Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən Sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.