< Zəbur 123 >
1 Ziyarət nəğməsi. Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm.
2 Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik.
3 Bizə rəhm et, ya Rəbb, rəhm et! Çünki təhqirlərdən doymuşuq.
4 Laqeydlərin rişxəndləri, Təkəbbürlülərin təhqirləri bizi cana doydurdu.