< Zəbur 122 >
1 Davudun ziyarət nəğməsi. Mənə «Rəbbin evinə gedək» deyilərkən sevindim.
2 Ey Yerusəlim, sənin darvazalarından keçdim, Torpağına qədəm qoydum.
3 Bu, Yerusəlim şəhəridir, Çox sıx tikilmişdir.
4 İsrail üçün verilən şəhadət naminə Qəbilələr, Rəbbin qəbilələri Rəbbin isminə şükür etmək üçün Buranı ziyarət etməyə gəlirlər.
5 Hökm üçün burada taxtlar qurulub, Bu taxtlarda Davud sülaləsi oturub.
6 Hamı Yerusəlim üçün sülh diləsin: «Qoy səni sevənlər dinc həyat sürsün!
7 Qoy qala divarlarının içində sülh olsun! Qoy saraylarındakılar dinc yaşasın!»
8 Yoldaşlarıma, dostlarıma görə «Səndə sülh olsun!» deyirəm.
9 Allahımız Rəbbin evinə görə Sənə bəxtiyarlıq diləyirəm.