< Zəbur 120 >
1 Ziyarət nəğməsi. Dar gündə Rəbbi səslədim, O mənə cavab verdi.
2 Dedim: «Ya Rəbb, yalançı dodaqlardan, Fitnəkar dillərdən canımı qurtar».
3 Ey fitnəkar dil, sənə nə veriləcək? Bu işinin əvəzi nə ilə ödəniləcək?
4 Cəngavərin iti oxları ilə, Süpürgə ağacının odlu közləri ilə!
5 Yazıq canım, Meşekdə qərib olmuşam, Qedar çadırlarında yaşayıram!
6 Mənim belə yerdə, Sülhə nifrət edənlərin içində yaşamağım bəsdir.
7 Mən sülh sevirəm, buna görə danışıram, Onlarsa müharibə üçün çalışır.