< Zəbur 12 >

1 Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb, Bəşər övladları arasında vəfalılar qurtarıb.
למנצח על השמינית מזמור לדוד הושיעה יהוה כי גמר חסיד כי פסו אמונים מבני אדם׃
2 Hər kəs başqasına yalan söyləyir, Ağzı yalan danışır, ikiüzlülük edir.
שוא ידברו איש את רעהו שפת חלקות בלב ולב ידברו׃
3 Qoy Rəbb yalan danışan hər ağzı yumsun, Hər lovğa dili kəssin!
יכרת יהוה כל שפתי חלקות לשון מדברת גדלות׃
4 Onlar deyir ki, biz dilimizlə zəfər çalacağıq. Bu ağız bizdədirsə, kim bizə ağalıq edə bilər?
אשר אמרו ללשננו נגביר שפתינו אתנו מי אדון לנו׃
5 Rəbb deyir: «İndi qalxacağam, Çünki fəqirlərə zülm edilir, Məzlumlar nalə çəkir, qurtuluş istəyir. Mən bunu onlara verəcəyəm».
משד עניים מאנקת אביונים עתה אקום יאמר יהוה אשית בישע יפיח לו׃
6 Rəbbin kəlamları pakdır, Kürədə əridilən, yeddi dəfə təmizlənən gümüş kimidir.
אמרות יהוה אמרות טהרות כסף צרוף בעליל לארץ מזקק שבעתים׃
7 Sən, ya Rəbb, onları qoru, Bu nəsildən onların hər birini əbədilik hifz et.
אתה יהוה תשמרם תצרנו מן הדור זו לעולם׃
8 Bəşər övladları arasında namərdlik artarkən Hər yanda pislər gəzər.
סביב רשעים יתהלכון כרם זלות לבני אדם׃

< Zəbur 12 >