< Zəbur 119 >

1 Nə bəxtiyardır öz yolunda kamil olanlar, Rəbbin qanununa görə yaşayanlar.
品行完美遵行上主法律的,這樣的人才算是真有福的,
2 Nə bəxtiyardır Onun göstərişlərinə əməl edənlər, Bütün qəlbi ilə Onu axtaranlar.
遵守上主誡命全心尋求祂的,這樣的人才算是真有福的。
3 Həqiqətən, onlar fitnəkarlıq etməzlər, Rəbbin yolunda gəzərlər.
他們總不為非作惡,只按祂的道路生活。
4 Sən qayda-qanunlarını qoydun, Bunlara bağlı qalmağı buyurdun.
您頒發了您的命令,叫他們嚴格去遵行。
5 Sənin qaydalarına bağlı qalmaq üçün Kaş tutduğum yolda möhkəm olaydım.
願我的行徑堅定,為遵守您的章程!
6 Onda xəcalət çəkməzdim, Sənin bütün əmrlərindən gözümü çəkməzdim.
我若重視您的每條誡律,我就絕對不會蒙羞受辱。
7 Adil hökmlərini öyrənərkən Sənə düz qəlblə şükür edəcəyəm.
我一學習您正義的判詞,就以至誠的心靈頌謝您。
8 Sənin qaydalarına əməl edəcəyəm, Sən məni tamamilə tərk etmə!
我要遵守您的規矩,不要將我完全棄去!
9 Bir cavan yolunu necə təmiz saxlaya bilər? – Sənin sözlərinə bağlı qalmaqla.
青年怎樣才能守身如玉?那就只有遵從您的言語。
10 Bütün qəlbimlə Səni axtarmışam, Qoyma əmrlərindən çıxım.
我要用我整個心尋覓您,不要讓我錯行您的諭旨!
11 Sənə qarşı günah etməyim deyə Kəlamını qəlbimdə qoruyub saxlamışam.
我將您的話藏在我心裏,免得我犯罪而獲罪於您。
12 Ya Rəbb, Sənə alqış olsun! Qaydalarını mənə öyrət.
上主,您理應受讚頌,教訓我遵守您的誡命。
13 Ağzından çıxan hər hökmü Dilimlə bəyan edirəm.
您所傳授的一切法度,我要以我的脣舌敘述。
14 Göstərişlərinin ardınca gedərkən sevinirəm, Elə bil bolluca var-dövlətə çatmışam.
我喜愛您約法的道路,就如喜愛一切的財富。
15 Qayda-qanunlarını dərindən düşünürəm, Sənin yollarından gözümü çəkmirəm.
我要默想上主的法度,要沉思您一切的道路。
16 Qaydalarından zövq alıram, Sözünü unutmuram.
我喜歡您一切的章程,我永遠不忘您的聖言。
17 Quluna comərdliyini göstər, Qoy yaşayım və sözünə bağlı qalım.
請恩待您的僕人我得以生存,這樣使我能夠服從您的綸音。
18 Gözlərimi aç ki, Qanununun xariqələrini görüm.
求您開明我的眼睛,透視您法律的奇能。
19 Əmrlərini məndən gizlətmə, Çünki mən bu dünyada bir qəribəm,
我原是寄居塵世的旅客,不要向我隱瞞您的規則。
20 Hökmlərinin həsrətini çəkməkdən Hər zaman ürəyim ağrıyır.
我因常常渴慕您的諭令,我的靈魂便為此而成病。
21 Sənin əmrlərindən çıxan lovğaları məzəmmət etdin, Çünki onlar lənətləndi.
您已經怒責了驕矜橫蠻的人,背棄您誡命的,是可咒詛的人。
22 Həqarəti, tənəni məndən uzaq et, Göstərişlərinə əməl etmişəm.
請除去我所受的淩辱與輕謾,因為我已經遵守了您的規範。
23 Başçılar yığılıb mənim üçün qəsd qurdular, Lakin mən qulun qaydalarını dərin düşünürəm.
判官雖然反對我而開庭,您僕人仍然默思您的章程。
24 Göstərişlərin mənə zövq verir, Onlar mənim məsləhətçilərimdir.
因為您的誡命是我的喜樂,您的典章是我的謀士。
25 Mən torpağa düşmüşəm, Öz sözünə görə məni həyata qaytar.
我的靈魂雖已輾轉於灰塵,求你照你的諾言使我生存。
26 Keçdiyim yolları Sənə bəlli edəndə cavab verdin, Mənə qaydalarını öyrət.
我陳明我的行徑,您便垂聽了我;
27 Qayda-qanunlarının yollarını mənə Özün izah et, Xariqələrin barədə dərin düşünüm.
請指給我您約法的路徑,我要沉思您的奇妙工程。
28 Kədərdən canım üzülüb, Öz sözünə görə mənə güc ver.
我的靈魂因憂傷而滴滴流淚,請照您的諾言使我奮昂興起。
29 Məni yanlış yoldan uzaqlaşdır, Qanununa görə mənə lütf göstər.
求您不要使我走錯誤的道路,求您賜我常遵守您的法度。
30 Mən sədaqət yolunu seçdim, Hökmlərini gözümün önünə gətirdim.
我揀定真理的途徑,我矢志服從您的諭令。
31 Sənin göstərişlərindən yapışmışam, Ya Rəbb, qoyma xəcalətli qalım.
我時常依戀著您的法度,上主不要叫我蒙受羞辱。
32 Qəlbimin düşüncəsini genişləndirərkən Əmrlərinin yolu ilə getməyə səy göstərəcəyəm.
我必奔赴您誡命的路程,因為您舒展了我的心靈。
33 Ya Rəbb, Sən mənə qaydalarının yolunu öyrət, Onlara axıradək əməl edəcəyəm.
上主,給我指出您章程的道路,我要一直到死仔細遵守。
34 Mənə ağıl ver, qanununa görə yaşayım, Bütün qəlbimlə ona bağlanım.
求您教訓我遵守您的法律,我要以整個心靈持守不逾。
35 Mənə əmrlərinin yollarını göstər, Bu yollardan zövq alaram.
求您引導我走您誡命的捷徑,因為這捷徑使我非常高興。
36 Qəlbimi haram qazanca deyil, Göstərişlərinə tərəf yönəlt.
使我的心傾慕您的律例,不要讓我的心貪財好利。
37 Qoyma gözlərim fani şeylərə baxsın, Öz yolunda mənə həyat bəxş et.
求您轉回我的眼目免看虛榮,求您按照您的道路賜我生命。
38 Səndən qorxanlara verdiyin vədini Qulun üçün həyata keçirt.
求您向您的僕人實踐您的許諾,即您向敬愛您的人所許的恩賜。
39 Qorxduğum tənələri məndən sovuşdur, Sənin hökmlərin nə yaxşıdır!
求您除去我所怕的羞恥,因為您的約法是我的甘飴。
40 Qayda-qanunlarının həsrətini çəkirəm, Salehliyinlə məni yaşat.
我如何渴慕您的規約,按照您的正義賜我生活。
41 Ya Rəbb, mənə məhəbbətini göstər, Kəlamına görə məni qurtar!
上主,願您的仁慈和救恩,照您的諾言臨於我身!
42 Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm, Çünki Sənin sözlərinə güvənirəm.
對凌辱我的人,我有所答辯,因為我全寄望於你的聖言。
43 Qoy həqiqət kəlamı dilimdən düşməsin, Çünki Sənin hökmlərinə ümid bağlamışam.
不要由我口撤去真理的訓言,因我一心一意渴望你的判斷。
44 Daim, əbədi olaraq Qanununa bağlı qalacağam.
我要常常遵守你的法典,時時不斷,一直要到永遠。
45 Azad gəzib-dolaşacağam, Çünki qayda-qanunlarını axtarmışam.
我要行走平坦寬闊的途徑,因為我常常追求你的誡命。
46 Padşahların hüzurunda göstərişlərindən danışacağam, Bundan utanmayacağam.
我要傳述您的規律,在列王前也不畏懼。
47 Sənin əmrlərindən zövq alıram, Onları sevirəm.
我非常喜悅您的規誡,因為我對此有所鍾愛。
48 Sevdiyim əmrlərinə tərəf əl açacağam, Sənin qaydalarını dərindən düşünəcəyəm.
我向您的誡命舉起我的手,對您的一切章程沉思不休。
49 Sən quluna verdiyin sözü xatırla, Bu sözünlə mənə ümid vermisən.
求您莫把您給您的僕人的諾言遺忘,因為您在這諾言裏賜給我希望。
50 Əzab çəkəndə bundan təsəlli tapıram ki, Kəlamın məni həyata qaytaracaq.
在我的憂苦中,這是我的安慰,因為您的聖言,賜給了我生氣。
51 Lovğalar mənə çox istehza etdilər, Amma Sənin qanunundan dönmədim.
驕傲人雖加給我極度的侮辱,但我卻沒有偏離過您的法律。
52 Əzəldən var olan hökmlərini xatırladıqca, Ya Rəbb, bunlardan təsəlli tapıram.
我一思到您永怚的斷定;上主,我是多麼安慰而高興。
53 Qanununu atan pisləri görərkən Qəzəb məni bürüyür.
為了背棄您法律的罪人,我不知不覺地恕火焚心。
54 Sənin qaydalarını bu qürbət eldə İlahi tək oxuyuram.
在我這客居不定的寓所,您的法令成了我的詩歌。
55 Hər gecə adını yadıma salıram, Ya Rəbb, qanununa bağlı qalıram.
上主,夜間我想起您的聖名,我就決意遵守您的法令。
56 Bu mənə bir adət oldu, Sənin qayda-qanunlarını yerinə yetirdim.
我之所以如此這般,因我遵守您的規範。
57 Ya Rəbb, mənim nəsibimsən, Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm.
上主,我說:我的福分,就是遵守您的教訓。
58 Bütün qəlbimlə Sənə yalvarıram, Sən Öz kəlamına görə mənə lütf göstər.
我全心仰膽著您的容貌,求您按您的諾言憐憫我。
59 Tutduğum yollara nəzər salmışam, Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm.
我一默想到我所走的道路,就把我的腳轉您的法度。
60 Əmrlərinə bağlanmaq üçün tələsirəm, Bunun üçün ləngimirəm.
爽爽快快,毫不躊躇,我常遵守您的法度。
61 Pis adamlar mənə kəmənd atarkən Qanununu unutmadım.
惡人的繩索雖將我纏起,我郤未將您的法律忘記。
62 Adil hökmlərinə görə Sənə şükür etmək üçün Gecə yarısı qalxıram.
為了您正義的判語,我半夜起身讚美您。
63 Səndən qorxanların hamısı ilə, Qayda-qanunlarına bağlı qalanlarla dostam.
我常向敬愛您的人為友,與遵守您誡命的人為侶。
64 Ya Rəbb, yer üzü məhəbbətinə bürünüb, Mənə qaydalarını öyrət.
上主,您的慈愛充滿大地,求您教我遵守您的律例。
65 Ya Rəbb, verdiyin sözə görə Quluna xeyirxahlıq etmisən.
上主,您依照您的言詞,善待了您的僕役。
66 Mənə ağıl, bilik öyrət, Çünki əmrlərinə inanıram.
您以知識和聰慧教訓我,我要一心信賴您的誡條。
67 Əzaba düşməzdən əvvəl yoldan azırdım, Amma indi mən kəlamına bağlıyam.
我在受苦以前徘徊岐途,但我現今順從您的訓語。
68 Nə qədər yaxşısan, xeyirxahlıq edirsən! Mənə qaydalarını öyrət.
您是慈善的,好施仁惠,求您給我教授您的規矩。
69 Lovğalar yalanları ilə mənə qara yaxırlar, Amma mən bütün qəlbimlə qayda-qanunlarını yerinə yetirirəm.
驕傲人捏造謊言陷害我,我要全心遵守您的規約。
70 Onların ürəkləri piylənərək daş bağlayıb, Mənsə qanunundan zövq alıram.
他們的心遲純如蒙脂肪,然而我卻喜歡您的典章。
71 Çəkdiyim əzabın xeyri mənə bu olub: Sənin qaydalarını öyrənirəm.
為叫我能學習您的法度,受若遭難於我確有好處。
72 Ağzından çıxan qanun mənim üçün Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir.
您頒的法律對我的利益,連千萬的金銀也不能比。
73 Əllərinlə yaranmışam, mənə surət vermisən, Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim.
您的雙手創造了我,形成了我;求您賜我智力,為學您的誡條。
74 Səndən qorxanlar məni görərkən sevinsinlər, Çünki Sənin sözünə ümid bağlamışam.
敬愛您的人,見我就喜歡;因為我常仰望您的聖言。
75 Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir, Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur.
上主,我知道您的審判是公正無私的,您叫我遭受磨難是理所當然的。
76 Quluna verdiyin kəlama görə Məhəbbətin mənə təsəlli versin.
照您給您僕人的許諾,按您的仁慈來安慰我。
77 Mənə mərhəmət et ki, yaşayım, Çünki qanunundan zövq alıram.
願您的仁愛臨於我,使我生活,因為您的法律就是我的喜樂。
78 Mənim barəmdə yalan danışan lovğaları utandır, Çünki mən qayda-qanunlarını dərindən düşünürəm.
願無端難為我的驕傲人蒙羞!但是我要默想沉思您的法律。
79 Səndən qorxanlar yanıma gəlsin, Onlar Sənin göstərişlərini bilənlərdir.
願那些敬愛您的人歸向我,願關心您的人依附我!
80 Qaydalarına görə mənim qəlbim kamil olsun, Qoy heç zaman xəcalət çəkməyim!
願我全心遵守您的法典,這樣我便不致自覺羞赧。
81 Qurtuluş həsrətini çəkməkdən qəlbimdə tab qalmayıb, Sözünə ümid bağlamışam.
我靈渴慕您的救援而衰弱,我熱切地盻望著您的許諾。
82 Sözünün intizarından gözümün nuru sönür. Deyirəm: «Nə vaxt mənə təsəlli verəcəksən?»
我對您的諾言望眼欲穿,究竟您何時才賜我慰安?
83 Tüstü içindəki tuluq kimi oldum, Amma qaydalarını unutmuram.
我雖然相似煙熏的皮囊,我仍然不忘卻您的典章。
84 Qulun daha nə qədər gözləsin? Məni təqib edənləri nə vaxt mühakimə edəcəksən?
您僕人的歲月還能有多久?您何時處罰迫害我的惡徒?
85 Qanununu pozan lovğa insanlar Mənim üçün quyu qazıblar.
不按您法律生活的驕傲人,暗中給我挖掘了陷阱深坑。
86 Sənin bütün əmrlərin etibarlıdır. Kömək et! Məni yalançı insanlar təqib edir.
您所有的一切誡命全是真道;他們無理迫害我,求您協助我。
87 Az qaldı ki, yer üzündən məni yox etsinlər, Lakin qayda-qanunlarından çıxmamışam.
我們幾乎將我由地上滅絕,但我卻沒有背棄您的規誡。
88 Məhəbbətinə görə mənə həyat ver, Ağzından çıxan göstərişlərə bağlı qalım.
您按照您的仁慈使我生活,這樣我必遵守您口中的條約。
89 Ya Rəbb, sözün əbədidir, Göylərdədir, dəyişməzdir.
上主您的聖言,永遠存留,它堅固而不移,好似蒼天。
90 Sədaqətin nəsildən-nəslə çatır, Yer üzünü Sən qurmusan, möhkəm qalır.
您所有的忠誠,代代流傳,您所造的大地,屹立不變。
91 Hökmlərinə görə bu günədək hər şey qalır, Onlar Sənin xidmətində dayanırlar.
天地時常遵守您的旨意,因為萬物都是您的僕役。
92 Sənin qanunundan zövq almasaydım, Əzab çəkməkdən həlak olardım.
我如果不喜愛您的法令,我早已在我苦患中喪命。
93 Qayda-qanunlarını heç vaxt unutmaram, Çünki onlarla məni həyata qaytarmısan.
我永遠不忘卻您的法令,因為您藉此賜給我生命。
94 Qurtar məni, mən Səninəm, Qayda-qanunlarını axtarmışam.
我全屬於您,求您救拔我,因為我尋求了您的法約。
95 Pislər məni öldürmək üçün pusqu qurarkən Mən Sənin göstərişlərinin üzərində düşünürəm.
惡人窺視我,忌把我殺害,然而我仍細想您的規誡。
96 Görmüşəm ki, hər kamil şeyin qarşısına bir hədd qoyulur, Sənin əmrlərin isə sərhəd tanımır.
我看任何齊全的都有界限,唯您的誡命卻廣闊無邊。
97 Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm.
上主,我是多麼愛慕您的法律,它是我終日對默想的題目。
98 Əmrlərin məni düşmənlərimdən daha müdrik edir, Çünki onlar həmişə mənimlədir.
您的誡命永遠存在於我心,它使我比我的仇敵聰明。
99 Bütün müəllimlərimdən daha aqil olmuşam, Çünki göstərişlərin üzərində dərindən düşünürəm.
我比我所有的教師更聰明,因為我常默想您的法令。
100 Ağsaqqallardan da artıq dərrakəliyəm, Çünki qayda-qanunlarına əməl edirəm.
我比老年的人更有智慧,因為我恪守您的律例。
101 Ayağımı hər pis yoldan kənar qoydum ki, Sözlərinə bağlı qalım.
我使我的腳迴避一切惡路,為叫我能夠遵守您的言語。
102 Hökmlərindən dönməmişəm, Çünki məni Sən belə öyrətmisən.
我不偏離您的約法,因為是您教訓了我。
103 Vədlərin damağıma necə də ləzzət verir! Onlar dilimdə baldan şirindir.
您的教言對我上顎多麼甘美!在我的口中比蜂蜜更要甘美!
104 Qayda-qanunlarına görə dərrakəliyəm, Buna görə hər yanlış yola nifrət edirəm.
由您的誡命,我獲得了聰明,因我憎惡一切欺詐的途徑。
105 Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
上主,您的言語是我腳步的明燈,是我路途上的光明。
106 Ədalətli hökmlərinə bağlı qalmaq üçün and içmişəm, Yerinə yetirəcəyəm.
我今起誓,我要定志,堅守您正義的諭令。
107 Ya Rəbb, nə qədər əzab çəkmişəm! Öz sözünə görə həyatımı qoru.
上主,我已經受苦很重,照您的諾言,保我生命。
108 Ya Rəbb, sidq ürəkdən etdiyim həmdi qəbul et, Mənə Öz hökmlərini öyrət.
上主,請悅納我口中的祭獻,請教訓我明白您的審斷。
109 Həyatım daim təhlükəyə düşdü, Amma qanununu unutmadım.
我的生命常處於危險中,但我仍不忘記您的法典。
110 Pislər mənə tələ quranda belə, Mən Sənin qayda-qanunlarını pozmadım.
惡人雖然給我設下陷阱,我仍然不偏離您的章程。
111 Əbədilik Sənin göstərişlərinə malikəm, Çünki onlar qəlbimə sevinc verir.
您的誡命永做我的家產,因為這是我心中的喜歡。
112 Qəlbimi əbədilik, sonsuzadək Qaydalarına əməl etməyə meyl etdirmişəm.
我要傾心遵守您的法典,千秋萬世,一直到永遠。
113 İkiüzlü insanlara nifrət edirəm, Qanununu isə sevirəm.
我惱恨心懷二意的人,對您的法律,我喜愛萬分。
114 Sən pənahgahım, sipərimsən, Sözünə ümid bağlamışam.
您是我的庇護我的盾牌,因此我唯您的聖言是賴。
115 Siz ey pislər, məndən uzaq olun! Qoy Allahımın əmrlərinə əməl edim.
作惡的人,您們應離我遠去!因為我要遵守天主的法度。
116 Kəlamınla mənə dayaq ol ki, yaşayım, Ümidim boşa çıxmasın, utanmayım.
照您的諾言,扶持我的生命,不要讓我的希望成成為泡影。
117 Özün mənə dayaq ol, qoy mən nicat tapım, Sənin qaydalarını həmişə nəzərimdə tutum.
求您扶持我得蒙拯救,能時常留意您的制度。
118 Qaydalarını atanları Özündən kənar edirsən, Çünki onların bütün fəndləri boşdur.
凡背棄您法令的,您都鄙棄,因為他們的思念全是詐欺。
119 Yer üzünün bütün pislərini tullantı hesab edirsən, Buna görə göstərişlərini sevirəm.
地上的惡人您都看作渣滓,因此我非常喜愛您的法制。
120 Zəhmindən bədənim lərzəyə gəlir, Hökmlərindən çox qorxuram.
我的肉身因敬愛您而戢戰憟,對您的諭令失也知所敬愛。
121 Ədalətli, düz işlər görmüşəm, Məni zülmkarlara təslim etmə.
我行正義及合法律的事情,別把我交於壓迫我的壞人。
122 Qulunun xeyri üçün zamin dur, Qoyma lovğa insanlar mənə zülm etsin.
求您保證您僕人的安全,沒有驕傲心將我磨難。
123 Xilasını, haqq sözünə əməl olunmasını gözləməkdən Gözümün nuru sönür.
對您的救助和正義的諾言,我熱切渴盻已經望眼欲穿。
124 Quluna məhəbbət göstər, Qaydalarını mənə öyrət.
求您照您的仁慈恩待您的僕人,也求您教訓我能明白您的章程。
125 Qulunam, mənə ağıl ver ki, Sənin göstərişlərini dərk edim.
我是您的僕人,求賜我明達,為使我能夠通曉您的約法。
126 Ya Rəbb, insanlar qanununu pozdular, Vaxtı çatıb, onlar üçün bir tədbir gör.
現今是上主行動的時候,因他們違反了您的法度。
127 Qızıldan, saf qızıldan çox Sənin əmrlərini sevirəm.
所以我愛慕您的誡律,遠勝各種黃金和寶玉。
128 Bəli, bütün qayda-qanunlarına görə Mən düz yolla gedirəm, Bütün səhv yollarasa nifrət edirəm.
我尊重您的一切誡命,憎惡所有的欺詐途徑。
129 Göstərişlərinin heyrətamizliyinə görə Onlara ürəkdən əməl edirəm.
您的約法誠然是美妙神奇,因此我的靈魂要遵守不離。
130 Kəlamının açıqlanması nur saçır, Hər nadanı ağıllandırır.
您的言語經過解釋必會發亮光照,連知識淺薄的人也可以通達知曉。
131 Ağız açıb ah-zar edirəm, Çünki əmrlərinin həsrətini çəkirəm.
我張開我的口嗟嘆唏嚧,因為我極渴慕您的誡律。
132 Adını sevənlər üçün etdiyin adətə görə Mənə bax və lütf göstər.
求您回身向我,垂憐我,如素常對待愛您名者然。
133 Kəlamınla addımlarımı möhkəmləndir, Qoy heç bir təqsirim mənə hakimlik etməsin.
引導我的腳步履行您的訓誥,不要允許任何邪惡來主宰我。
134 Məni insanların zülmündən qurtar, Qoy Sənin qayda-qanunlarına bağlı qalım.
求您救我擺挩人的欺壓,為使我能遵守您的律法。
135 Üzün qulunun üstünə nur saçsın, Sən mənə qaydalarını öyrət.
求您給您的僕人顯示您的慈顏,同時也您們給我教導您的規範。
136 Gözlərimdən sellər kimi yaş axır, Çünki insanlar qanununa bağlı qalmırlar.
我的眼淚滴滴下流有如溪水,因為他們全不遵守您的法規。
137 Ya Rəbb, adilsən, Hökmlərin doğrudur.
上主,您原是公義的,您的判決是正直的。
138 Buyurduğun göstərişlər ədalətlidir, Onlar tamamilə etibarlıdır.
您以正義和至誠,立定了您的誡命。
139 Qeyrətim məni yandırıb-yaxıb, Çünki düşmənlərim Sənin sözlərini unudub.
我的熱火快要將我消耗殆盡,因為我的敵人忘了您的聖訓。
140 Sənin kəlamın çox safdır, Bu qulun onu sevir.
您的教言經過千捶百鍊,您的僕人對它愛不知倦。
141 Kiçik sayılsam da, mənə xor baxsalar da, Qayda-qanunlarını unutmamışam.
我雖然年記幼小,被人輕看,可是我總不忘卻您的法範。
142 Salehliyin əbədi salehlikdir, Sənin qanunun həqiqətdir.
您的正義永遠公正,您的法律永遠堅定。
143 Başıma sıxıntı və məşəqqət gəldi, Amma Sənin əmrlərin mənə zövq verdi.
困苦和壓迫雖然來臨我身,但您的誡命仍是我的歡欣。
144 Sənin göstərişlərin həmişə ədalətlidir, Mənə ağıl ver ki, yaşayım.
您的約法永遠公允,賜我智慧,使我生存。
145 Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm, Sənin qaydalarına əməl edəcəyəm.
我全心呼號,並求您俯聽,上主,我要遵守您的法令。
146 Səni səslədim, məni qurtar, Qoy göstərişlərinə bağlı qalım.
我呼號您,求您救護,我必遵守您的法度。
147 Dan yeri sökülməzdən əvvəl qalxıb Səni imdada çağırıram, Çünki ümidimi Sənin sözlərinə bağlayıram.
天還未亮,我就起來求助,熱切期待您的訓語,
148 Gecə boyu gözümə yuxu getmir, Kəlamını dərindən düşünürəm.
夜裏每更,我都睜開眼睛,全是為了您的聖訓。
149 Məhəbbətinə görə mənim səsimi eşit, Ya Rəbb, hökmlərinə görə mənə həyat bəxş et.
上主,請照您的仁慈俯聽我的呼聲,上主,請照您的正義使我得以重生。
150 Şər ardınca qaçanlar mənə yaxınlaşdılar, Onlar Sənin qanunundan uzaqlaşdılar.
非法迫害我的人已經臨近,他們都遠離了您的法令。
151 Ya Rəbb, Sən mənə yaxınsan, Bütün əmrlərin həqiqətdir.
上主,願您時常與我親近,您一切的誡命全屬忠信。
152 Göstərişlərini lap əvvəldən öyrənirəm, Əbədi qalsın deyə öyüdlərini verdin.
我早就已由您的約法得知,那都是您從永遠所立定。
153 Çəkdiyim əzabı gör, məni qurtar, Çünki qanununu unutmamışam.
求您垂視我的苦難而救拔我、因為我媲沒有忘記您的約法。
154 Münaqişəmi həll edib Özün məni azad et, Mənə kəlamına görə həyat bəxş et.
求您辯護我的案件而拯救我,並請依照您的諾言,使我生活。
155 Pislər qurtuluşdan uzaqdır, Çünki onlar Sənin qaydalarını axtarmırlar.
恨不得救恩達達離開惡徒,因為他們不理睬您的法度。
156 Ya Rəbb, mərhəmətin çoxdur, Hökmlərinə görə məni yaşat.
上主,您的仁愛何其廣闊,按照您的諭旨,賜我生命。
157 Düşmənlərim, məni təqib edənlər çoxdur, Lakin Sənin göstərişlərindən dönmədim.
迫害與磨難我的人確實眾多,然而我卻不曾偏離您的法約。
158 Bu xainlərə ikrahla baxıram, Çünki Sənin vədinə bağlı qalmayıblar.
奸黨惡輩我一看見就會生厭,因為他們都不遵守您的規範。
159 Sənin qayda-qanunlarını gör nə qədər sevirəm, Ya Rəbb, məhəbbətinə görə mənə həyat ver.
上主,請您看我如何愛您的訓令,上主,照您的仁慈保全我的生命。
160 Sözlərinin mahiyyəti həqiqətdir, Bütün ədalətli hökmlərin əbədidir.
您聖言的總綱確是真實無欺,您正義的一切判斷永遠不移。
161 Başçılar boş yerə məni təqib edir, Amma ürəyim Sənin sözlərindən qorxur.
王侯雖然無緣無故加我苦難,我的心靈仍舊敬愛您的教言。
162 Çoxlu qənimət tapan bir insan kimi Sənin kəlamın məni sevindirir.
我對您的諾言實在歡喜若狂,像得到許多勝利品的人一像。
163 Yalandan zəhləm gedir, iyrənirəm, Çünki qanununu sevirəm.
奸詐邪惡是我所恨所愛的,您的法令是我所喜所愛的。
164 Ədalətli hökmlərinə görə Hər gün yeddi dəfə Sənə həmd edirəm.
為了您那正義的判詞,我一要讚美您七次。
165 Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar, Onlar heç nə ilə büdrəməzlər.
愛慕您法律的必飽享平安,沒有一點失足跌倒的危險。
166 Ya Rəbb, xilasına ümid bəsləmişəm, Əmrlərinə əməl etmişəm.
上主,我期待您的助佑,上主,我遵守您的法度。
167 Göstərişlərinə ürəkdən bağlanmışam, Onları çox sevirəm!
我的靈魂恪守您的規誡,因為我對規誡十分喜愛。
168 Qayda-qanunlarına, göstərişlərinə bağlı qalıram, Çünki bütün yollarım Sənin hüzurundadır.
我必要遵守您的規誡和勸言,因我的一切道路在您的面前。
169 Ya Rəbb, mənim fəryadım qoy Sənə çatsın, Mənə Öz sözünə görə ağıl ver.
上主,願我呼聲上達於您,求您照您的約言使我明理。
170 Qoy yalvarışım hüzuruna çatsın, Məni Öz kəlamınla azad et.
願我的祈求到達您的面前,求您照您的諾言救我脫險。
171 Qoy dilimdən həmdlər tökülsün, Mənə qaydalarını öyrətmisən.
願我的雙脣湧溢讚美歌曲!因為您給我教授您的法律。
172 Sənin kəlamını dilim tərənnüm etsin, Çünki Sənin bütün əmrlərin ədalətlidir.
願我的舌頭歌詠您的訓令!因您的一切誡命盡屬公正。
173 Sənin əlin mənə kömək etsin, Çünki Sənin qayda-qanunlarını seçdim.
願您伸出您的手救助我!因為我揀選您的法約。
174 Ya Rəbb, qurtuluşun üçün həsrət çəkirəm, Qanunundan zövq alıram.
上主,我渴望您的救援,您的法律是我的喜樂。
175 Mənə həyat bəxş elə, qoy Sənə həmd oxuyum, Hökmlərin qoy mənə kömək olsun.
願我的靈魂活著讚美您,願您的斷語來支持我!
176 İtən quzu kimi azmışam, qulunu axtar, Çünki əmrlərini unutmamışam.
我像迷路的亡羊,請尋回您的僕人,因為我總沒有忘記您任何的誡命。

< Zəbur 119 >