< Zəbur 118 >

1 Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!
여호와께 감사하라! 저는 선하시며 그 인자하심이 영원함이로다
2 Qoy İsraillilər belə desin: «Çünki məhəbbəti əbədidir!»
이제 이스라엘은 말하기를 그 인자하심이 영원하다 할지로다
3 Harun nəsli belə desin: «Çünki məhəbbəti əbədidir!»
이제 아론의 집은 말하기를 그 인자하심이 영원하다 할지로다
4 Qoy Rəbdən qorxanlar belə söyləsin: «Çünki məhəbbəti əbədidir!»
이제 여호와를 경외하는 자는 말하기를 그 인자하심이 영원하다 할지로다
5 Sıxıntı içində Rəbbi çağırdım, Cavab verib məni genişliyə çıxartdı.
내가 고통 중에 여호와께 부르짖었더니 여호와께서 답하시고 나를 광활한 곳에 세우셨도다
6 Rəbb mənimlədir, heç qorxmaram. İnsan mənə nə edə bilər?
여호와는 내 편이시라 내게 두려움이 없나니 내게 어찌할꼬
7 Rəbb mənimlədir, mənə yardım edər, Mənə nifrət edənlərin aqibətini görəcəyəm.
여호와께서 내 편이 되사 나를 돕는 자 중에 계시니 그러므로 나를 미워하는 자에게 보응하시는 것을 내가 보리로다
8 Rəbbə pənah gətirmək İnsana güvənməkdən yaxşıdır.
여호와께 피함이 사람을 신뢰함보다 나으며
9 Rəbbə pənah gətirmək Əsilzadələrə güvənməkdən yaxşıdır.
여호와께 피함이 방백들을 신뢰함보다 낫도다
10 Bütün millətlər məni mühasirəyə aldılar, Rəbbin ismi ilə onları qırdım.
11 Hər tərəfdən məni mühasirəyə aldılar, Rəbbin ismi ilə onları qırdım.
12 Arılar tək məni mühasirəyə aldılar, Lakin kol-kos kimi alışıb tez söndülər, Rəbbin ismi ilə onları qırdım.
13 Möhkəm təzyiq altında yıxılmağıma az qalmışdı, Lakin Rəbb imdadıma çatdı.
14 Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi!
15 Salehlərin çadırlarından zəfər nidası yüksəlir: «Rəbbin sağ əli qüdrətli işlər göstərir!
16 Rəbbin sağ əli necə əzəmətlidir! Rəbbin sağ əli qüdrətli işlər göstərir!»
17 Ölməyib sağ qalacağam, Rəbbin işlərini bəyan edəcəyəm.
18 Rəbb mənə möhkəm cəza verdi, Amma məni ölümə təslim etmədi.
19 Salehlik darvazalarını üzümə açın, Qoy oradan keçib Rəbbə şükür edim.
20 Bu, Rəbbin darvazasıdır, Oradan saleh insanlar keçəcək.
21 Ya Rəbb, Sənə şükür edirəm, Çünki cavab verərək məni xilas etmisən!
22 Bənnaların rədd etdiyi daş Guşədaşı olub.
23 Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir.
24 Bu günü Rəbb yaratdı, Onda sevinib şadlıq edək!
25 Aman, ya Rəbb, bizi qurtar! Aman, ya Rəbb, bizə uğur göndər!
26 Rəbbin ismi ilə gələnə alqış olsun! Sizə Rəbbin evindən xeyir-dua veririk.
27 Rəbb Allahdır, O, üzərimizə nur saçdı, Qurbangahın buynuzlarına bayram qurbanını bağlayın.
28 Allahım Sənsən, Sənə şükür edəcəyəm! Allahımsan, Səni yüksəldəcəyəm!
29 Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!

< Zəbur 118 >