< Zəbur 115 >
1 Bizi yox, ya Rəbb, bizi yox, Məhəbbətin, sədaqətin naminə Öz adını şərəfləndir.
Non a noi, Signore, non a noi, ma al tuo nome dà gloria, per la tua fedeltà, per la tua grazia.
2 Niyə millətlər belə desin: «Onların Allahı haradadır?»
Perché i popoli dovrebbero dire: «Dov'è il loro Dio?».
3 Allahımız göylərdədir, Öz istədiyini edir.
Il nostro Dio è nei cieli, egli opera tutto ciò che vuole.
4 Amma onların bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir.
Gli idoli delle genti sono argento e oro, opera delle mani dell'uomo.
5 Ağızları var, danışa bilmir, Gözləri var, amma görmür,
Hanno bocca e non parlano, hanno occhi e non vedono,
6 Qulaqları var, eşitmir, Burunları var, qoxu bilmir,
hanno orecchi e non odono, hanno narici e non odorano.
7 Əlləri var, hiss etmir, Ayaqları var, gəzə bilmir, Boğazlarından səs gəlmir.
Hanno mani e non palpano, hanno piedi e non camminano; dalla gola non emettono suoni.
8 Bütləri düzəldən, onlara güvənən insanlar Bu bütlər kimi cansız olacaqlar.
Sia come loro chi li fabbrica e chiunque in essi confida.
9 Ey İsraillilər, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz!
Israele confida nel Signore: egli è loro aiuto e loro scudo.
10 Ey Harun nəsli, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz!
Confida nel Signore la casa di Aronne: egli è loro aiuto e loro scudo.
11 Ey Rəbdən qorxanlar, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz!
Confida nel Signore, chiunque lo teme: egli è loro aiuto e loro scudo.
12 Rəbb bizi unutmayıb, Bizə xeyir-dua verəcək – İsrail nəslinə xeyir-dua verəcək, Harun nəslinə xeyir-dua verəcək,
Il Signore si ricorda di noi, ci benedice: benedice la casa d'Israele, benedice la casa di Aronne.
13 Kiçikdən böyüyə qədər Ondan qorxanlara xeyir-dua verəcək.
Il Signore benedice quelli che lo temono, benedice i piccoli e i grandi.
14 Qoy Rəbb sizi, Sizi və nəslinizi artırsın!
Vi renda fecondi il Signore, voi e i vostri figli.
15 Rəbdən, göyləri və yeri Yaradandan Bərəkət alasınız!
Siate benedetti dal Signore che ha fatto cielo e terra.
16 Rəbb səmaya sahibdir, Yeri bəşər övladlarına verdi.
I cieli sono i cieli del Signore, ma ha dato la terra ai figli dell'uomo.
17 Ölənlər, sükut diyarına düşənlər Rəbbə həmd etmirlər.
Non i morti lodano il Signore, né quanti scendono nella tomba.
18 Lakin biz Rəbbə alqış edirik İndidən sonsuzadək. Rəbbə həmd edin!
Ma noi, i viventi, benediciamo il Signore ora e sempre.