< Zəbur 112 >
1 Rəbbə həmd edin! Nə bəxtiyardır Rəbdən qorxan, Əmrlərindən zövq alan insan!
2 Nəsli yer üzündə güclü olacaq, Əməlisalehlərin övladları xeyir-dua alacaq.
3 Evindən bolluq və sərvət əskilməz, Salehliyi əbədi qalar.
4 Zülmətdə belə, əməlisaleh insanlar üçün, Lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar.
5 Səxavətlə borc verən, İşlərini ədalətlə görən yaxşı insandır.
6 Belə adam əsla sarsılmaz, Saleh insan əbədi olaraq yadda qalacaq.
7 Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir,
8 Cəsur ürəklidir, Düşmənlərinin süqutunu görənədək qorxmaz.
9 Səpələyər, fəqirlərə paylayar, Salehliyi əbədi qalar, Qüdrəti və hörməti ucalar.
10 Pis adamsa bunu görüb qəzəblənər, Dişlərini qıcıdar, yanıb-tökülər, Pislərin arzusu puç olar.