< Zəbur 11 >
1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Rəbbə pənah gətirmişəm. Könlümə necə deyə bilərsiniz ki, Quş kimi dağlara uç?
2 Bax pislər ox-kaman qurublar, Oxlarını yayın üstünə qoyublar, Qaranlıqda dayanıblar, Ürəyidüz olanları nişan alıblar.
3 Əgər hər şey təməlindən dağılarsa, Salehlər nə edə bilər?
4 Rəbb Öz müqəddəs məbədindədir, Onun taxtı göylərdədir. Rəbbin görən gözləri var, gözünü açar, Bəşər övladlarına diqqətlə baxar.
5 Rəbb saleh adamı sınaqdan keçirir, Pisə, zülmkarasa nifrət edir.
6 Pislərin üstünə odlu köz, kükürd yağdırır, Onların kasalarına düşən pay səmum yeli olacaq.
7 Çünki Rəbb adildir, ədaləti sevir, Əməlisalehlər Onun üzünü görəcək.