< Zəbur 109 >

1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ey tərənnüm etdiyim Allah, susma!
聖歌隊の指揮者によってうたわせたダビデの歌 わたしのほめたたえる神よ、もださないでください。
2 Çünki pislər, hiyləgərlər ağzını açıb Yalançı dilləri ilə məndən danışırlar.
彼らは悪しき口と欺きの口をあけて、わたしにむかい、偽りの舌をもってわたしに語り、
3 Mənə hər tərəfdən nifrət dolu sözlər deyirlər, Nahaq yerə hücumlarına məruz qalıram.
恨みの言葉をもってわたしを囲み、ゆえなくわたしを攻めるのです。
4 Sevgimin əvəzinə mənə ittiham yağdırırlar, Mən isə dua etməkdəyəm.
彼らはわが愛にむくいて、わたしを非難します。しかしわたしは彼らのために祈ります。
5 Yaxşılığımın əvəzinə yamanlıq edirlər, Sevgimin əvəzinə nifrətlə cavab verirlər.
彼らは悪をもってわが善に報い、恨みをもってわが愛に報いるのです。
6 Belə adamın qarşısına bir pis insanı çıxar, Sağ tərəfində dayanıb onu ittiham etsin!
彼の上に悪しき人を立て、訴える者に彼を訴えさせてください。
7 Hökm oxunanda o təqsirkar çıxsın, Qoy onun duası günah sayılsın!
彼がさばかれるとき、彼を罪ある者とし、その祈を罪に変えてください。
8 Onun ömrü az olsun, Vəzifəsini başqası tutsun!
その日を少なくし、その財産をほかの人にとらせ、
9 Övladları yetim, Arvadı isə dul qalsın!
その子らをみなしごにし、その妻をやもめにしてください。
10 Övladları didərgin düşüb dilənçi olsun, Yaşamağa xarabalıq belə, tapmasın!
その子らを放浪者として施しをこわせ、その荒れたすまいから追い出させてください。
11 Sələmçilər hər şeyini əlindən alsın, Nə qazanıbsa, yadellilər talayaraq aparsın!
彼が持っているすべての物を債主に奪わせ、その勤労の実をほかの人にかすめさせてください。
12 Ona məhəbbət göstərən olmasın, Yetim qalan balalarına yazığı gələn tapılmasın!
彼にいつくしみを施す者はひとりもなく、またそのみなしごをあわれむ者もなく、
13 Qoy onun nəsli kəsilsin, Gələcək nəslin arasından adları silinsin!
その子孫を絶えさせ、その名を次の代に消し去ってください。
14 Ata-babasının təqsiri Rəbbin hüzurunda yaddan çıxmasın, Anasının günahı heç zaman yuyulmasın!
その父たちの不義は主のみ前に覚えられ、その母の罪を消し去らないでください。
15 Belə adamlar Rəbbin hüzurunda daim təqsirkar qalsınlar, Dünyadan izi-tozu silinsin, yada salınmasınlar!
それらを常に主のみ前に置き、彼の記憶を地から断ってください。
16 Çünki məhəbbət göstərməyi unutdular, Məzlumu, fəqiri, qəlbisınıqları Həlak etmək üçün təqib etdilər.
これは彼がいつくしみを施すことを思わず、かえって貧しい者、乏しい者を責め、心の痛める者を殺そうとしたからです。
17 Qarğış etməyi sevirdi, öz başına dönsün, Alqış etməyi sevmirdi, ona əli çatmasın!
彼はのろうことを好んだ。のろいを彼に臨ませてください。彼は恵むことを喜ばなかった。恵みを彼から遠ざけてください。
18 Ondan əynindəki paltar kimi qarğış çıxardı, Qoy qarğışı su kimi canına, ilik kimi sümüklərinə hopsun!
彼はのろいを衣のように着た。のろいを水のようにその身にしみこませ、油のようにその骨にしみこませてください。
19 Qarğışı onu əyninin libası kimi bürüsün, Hər gün belinə kəmər tək dolansın!
またそれを自分の着る着物のようにならせ、常に締める帯のようにならせてください。
20 Məni ittiham edənlər, Mənim barəmdə pis sözlər söyləyənlər Rəbbin cəzasına gəlsinlər!
これがわたしを非難する者と、わたしに逆らって悪いことを言う者の主からうける報いとしてください。
21 Lakin, ey Xudavənd Rəbb, ismin naminə Özün mənə qayğı göstər, O gözəl məhəbbətinə görə məni azad et.
しかし、わが主なる神よ、あなたはみ名のために、わたしを顧みてください。あなたのいつくしみの深きにより、わたしをお助けください。
22 Çünki mən məzlum və fəqir insanam, Köksümdəki ürəyimdən yaralanmışam.
わたしは貧しく、かつ乏しいのです。わたしの心はわがうちに傷ついています。
23 Düşən kölgə kimi itirəm, Vurulub atılan çəyirtkəyə bənzəyirəm.
わたしは夕日の影のように去りゆき、いなごのように追い払われます。
24 Bax oruc tutmaqdan dizlərim əsir, Bir dəri, bir sümük qalmışam.
わたしのひざは断食によってよろめき、わたしの肉はやせ衰え、
25 Görənlər mənə lağ edir, Başlarını yelləyir.
わたしは彼らにそしられる者となりました。彼らはわたしを見ると、頭を振ります。
26 Ya Rəbb Allahım, Sən mənə kömək et, Məhəbbətinə görə məni qurtar.
わが神、主よ、わたしをお助けください。あなたのいつくしみにしたがって、わたしをお救いください。
27 Bilsinlər ki, bu Sənin əlindədir, Ya Rəbb, Sən bunu edə bilərsən.
主よ、これがあなたのみ手のわざであること、あなたがそれをなされたことを、彼らに知らせてください。
28 Qoy onlar qarğış etsinlər, Sən mənə xeyir-dua ver, Qoy onlar əleyhimə qalxarkən utansınlar. Sənin qulunam, qoy sevinim!
彼らはのろうけれども、あなたは祝福されます。わたしを攻める者をはずかしめ、あなたのしもべを喜ばせてください。
29 İttihamçılarım rüsvayçılığa bürünsünlər, Xəcaləti xalat kimi geyinsinlər.
わたしを非難する者にはずかしめを着せ、おのが恥を上着のようにまとわせてください。
30 Mənim dilim Rəbbə bol-bol şükür söyləyəcək, Xalq içində Ona həmd edəcək.
わたしはわが口をもって大いに主に感謝し、多くの人のなかで主をほめたたえます。
31 Çünki O, fəqirin sağ tərəfində dayanar ki, Edam hökmü verənlərin əlindən onu qurtarsın.
主は貧しい者の右に立って、死罪にさだめようとする者から彼を救われるからです。

< Zəbur 109 >