< Zəbur 108 >

1 Bir ilahi. Davudun məzmuru. Ey Allahım, qəlbim Sənə möhkəm bağlanıb, Qoy bütün varlığımla ilahi oxuyum, Səni tərənnüm edim.
שִׁיר מִזְמוֹר לְדָוִֽד׃ נָכוֹן לִבִּי אֱלֹהִים אָשִׁירָה וַאֲזַמְּרָה אַף־כְּבוֹדִֽי׃
2 Ey çəng və lira, oyan! Qoy səhəri oyadım.
עוּרָֽה הַנֵּבֶל וְכִנּוֹר אָעִירָה שָּֽׁחַר׃
3 Ya Rəbb, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm.
אוֹדְךָ בָעַמִּים ׀ יְהֹוָה וַאֲזַמֶּרְךָ בַּלְאֻמִּֽים׃
4 Məhəbbətin böyükdür, göylərdən ucadır, Sədaqətin buludlara çatır.
כִּי־גָדוֹל מֵעַל־שָׁמַיִם חַסְדֶּךָ וְֽעַד־שְׁחָקִים אֲמִתֶּֽךָ׃
5 Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!
רוּמָה עַל־שָׁמַיִם אֱלֹהִים וְעַל כׇּל־הָאָרֶץ כְּבוֹדֶֽךָ׃
6 Sevdiyin insanların xilas olması üçün Sağ əlinlə bizi qurtar, mənə cavab ver!
לְמַעַן יֵחָלְצוּן יְדִידֶיךָ הוֹשִׁיעָה יְמִֽינְךָ וַעֲנֵֽנִי׃
7 Allah Öz müqəddəs məskənindən belə söylədi: «Şekemi sevinclə bölüşdürəcəyəm, Sukkot dərəsini böləcəyəm.
אֱלֹהִים ׀ דִּבֶּר בְּקׇדְשׁוֹ אֶעְלֹזָה אֲחַלְּקָה שְׁכֶם וְעֵמֶק סֻכּוֹת אֲמַדֵּֽד׃
8 Gilead torpağı Mənimdir, Menaşşe torpağı Mənimdir, Efrayim başımın dəbilqəsidir, Yəhuda Mənim əsamdır.
לִי גִלְעָד ׀ לִי מְנַשֶּׁה וְאֶפְרַיִם מָעוֹז רֹאשִׁי יְהוּדָה מְחֹקְקִֽי׃
9 Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam».
מוֹאָב ׀ סִיר רַחְצִי עַל־אֱדוֹם אַשְׁלִיךְ נַעֲלִי עֲלֵי־פְלֶשֶׁת אֶתְרוֹעָֽע׃
10 Kim məni istehkamlı şəhərə apara bilər? Edoma qədər kim mənə yol göstərə bilər?
מִי יֹבִלֵנִי עִיר מִבְצָר מִי נָחַנִי עַד־אֱדֽוֹם׃
11 Ay Allah, niyə bizi atmısan? Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?
הֲלֹֽא־אֱלֹהִים זְנַחְתָּנוּ וְֽלֹא־תֵצֵא אֱלֹהִים בְּצִבְאֹתֵֽינוּ׃
12 Düşmənin qarşısında bizə imdad et, Çünki insanın köməyi puçdur.
הָבָה־לָּנוּ עֶזְרָת מִצָּר וְשָׁוְא תְּשׁוּעַת אָדָֽם׃
13 Allahın köməyi ilə şücaət göstərəcəyik, O, düşmənlərimizi tapdalayacaq!
בֵּאלֹהִים נַעֲשֶׂה־חָיִל וְהוּא יָבוּס צָרֵֽינוּ׃

< Zəbur 108 >