< Zəbur 105 >

1 Rəbbə şükür edin, ismini çağırın, Əməllərini xalqlar arasında elan edin!
הוֹד֣וּ לַ֭יהוָה קִרְא֣וּ בִּשְׁמ֑וֹ הוֹדִ֥יעוּ בָ֝עַמִּ֗ים עֲלִילוֹתָֽיו׃
2 Onu ilahilərlə tərənnüm edin, Bütün xariqələrini bəyan edin!
שִֽׁירוּ־ל֭וֹ זַמְּרוּ־ל֑וֹ שִׂ֝֗יחוּ בְּכָל־נִפְלְאוֹתָֽיו׃
3 Onun müqəddəs adı ilə fəxr edin, Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin!
הִֽ֭תְהַלְלוּ בְּשֵׁ֣ם קָדְשׁ֑וֹ יִ֝שְׂמַ֗ח לֵ֤ב ׀ מְבַקְשֵׁ֬י יְהוָֽה׃
4 Rəbbi, Onun qüvvətini arayın, Daim hüzurunu axtarın.
דִּרְשׁ֣וּ יְהוָ֣ה וְעֻזּ֑וֹ בַּקְּשׁ֖וּ פָנָ֣יו תָּמִֽיד׃
5 Etdiyi xariqələri, Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,
זִכְר֗וּ נִפְלְאוֹתָ֥יו אֲשֶׁר־עָשָׂ֑ה מֹ֝פְתָ֗יו וּמִשְׁפְּטֵי־פִֽיו׃
6 Ey Onun qulu İbrahim nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri!
זֶ֭רַע אַבְרָהָ֣ם עַבְדּ֑וֹ בְּנֵ֖י יַעֲקֹ֣ב בְּחִירָֽיו׃
7 Allahımız Rəbb Odur, Hökmü bütün yer üzündədir.
ה֭וּא יְהוָ֣ה אֱלֹהֵ֑ינוּ בְּכָל־הָ֝אָ֗רֶץ מִשְׁפָּטָֽיו׃
8 Əbədi olaraq min nəslə qədər əhdini, Əmr etdiyi sözü,
זָכַ֣ר לְעוֹלָ֣ם בְּרִית֑וֹ דָּבָ֥ר צִ֝וָּ֗ה לְאֶ֣לֶף דּֽוֹר׃
9 İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz.
אֲשֶׁ֣ר כָּ֭רַת אֶת־אַבְרָהָ֑ם וּשְׁב֖וּעָת֣וֹ לְיִשְׂחָֽק׃
10 Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi.
וַיַּֽעֲמִידֶ֣הָ לְיַעֲקֹ֣ב לְחֹ֑ק לְ֝יִשְׂרָאֵ֗ל בְּרִ֣ית עוֹלָֽם׃
11 Dedi: «Övladlarının payına düşən mülk kimi Kənan torpağını sənə verəcəyəm».
לֵאמֹ֗ר לְךָ֗ אֶתֵּ֥ן אֶת־אֶֽרֶץ־כְּנָ֑עַן חֶ֝֗בֶל נַחֲלַתְכֶֽם׃
12 O zaman onlar sayca az idilər, Azsaylı olaraq ölkədə qərib idilər.
בִּֽ֭הְיוֹתָם מְתֵ֣י מִסְפָּ֑ר כִּ֝מְעַ֗ט וְגָרִ֥ים בָּֽהּ׃
13 Ölkədən-ölkəyə, Məmləkətdən-məmləkətə köçürdülər.
וַֽ֭יִּתְהַלְּכוּ מִגּ֣וֹי אֶל־גּ֑וֹי מִ֝מַּמְלָכָ֗ה אֶל־עַ֥ם אַחֵֽר׃
14 Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi.
לֹֽא־הִנִּ֣יחַ אָדָ֣ם לְעָשְׁקָ֑ם וַיּ֖וֹכַח עֲלֵיהֶ֣ם מְלָכִֽים׃
15 Dedi: «Məsh etdiklərimə dəyməyin, Peyğəmbərlərimə pislik etməyin».
אַֽל־תִּגְּע֥וּ בִמְשִׁיחָ֑י וְ֝לִנְבִיאַי אַל־תָּרֵֽעוּ׃
16 Ölkəyə qıtlıq göndərdi, Bütün çörəyin kökünü kəsdi.
וַיִּקְרָ֣א רָ֭עָב עַל־הָאָ֑רֶץ כָּֽל־מַטֵּה־לֶ֥חֶם שָׁבָֽר׃
17 Lakin bunlardan əvvəl birini göndərmişdi, Bu, qul kimi satılan Yusif idi.
שָׁלַ֣ח לִפְנֵיהֶ֣ם אִ֑ישׁ לְ֝עֶ֗בֶד נִמְכַּ֥ר יוֹסֵֽף׃
18 Ayaqlarını zəncirləyib əzdilər, Boğazına dəmir halqa keçirdilər.
עִנּ֣וּ בַכֶּ֣בֶל רַגְל֑וֹ בַּ֝רְזֶ֗ל בָּ֣אָה נַפְשֽׁוֹ׃
19 Yusifin sözü düz çıxanadək Rəbbin sözü onu təmizlədi.
עַד־עֵ֥ת בֹּֽא־דְבָר֑וֹ אִמְרַ֖ת יְהוָ֣ה צְרָפָֽתְהוּ׃
20 Padşah buyruq verərək onu azad etdi, Xalqların hökmdarı ona azadlıq verdi.
שָׁ֣לַח מֶ֭לֶךְ וַיַּתִּירֵ֑הוּ מֹשֵׁ֥ל עַ֝מִּ֗ים וַֽיְפַתְּחֵֽהוּ׃
21 Onu sarayının ağası etdi, Varidatı üçün cavabdeh etdi.
שָׂמ֣וֹ אָד֣וֹן לְבֵית֑וֹ וּ֝מֹשֵׁ֗ל בְּכָל־קִנְיָנֽוֹ׃
22 Ona başçılar üstündə səlahiyyət verdi ki, Ağsaqqallarına uzaqgörənlik öyrətsin.
לֶאְסֹ֣ר שָׂרָ֣יו בְּנַפְשׁ֑וֹ וּזְקֵנָ֥יו יְחַכֵּֽם׃
23 Sonra İsrail Misirə gəldi, Yaqub Ham ölkəsində yerləşdi.
וַיָּבֹ֣א יִשְׂרָאֵ֣ל מִצְרָ֑יִם וְ֝יַעֲקֹ֗ב גָּ֣ר בְּאֶֽרֶץ־חָֽם׃
24 Rəbb onun xalqına bərəkət verdi, Düşmənlərindən çox onlara qüdrət verdi.
וַיֶּ֣פֶר אֶת־עַמּ֣וֹ מְאֹ֑ד וַ֝יַּֽעֲצִמֵהוּ מִצָּרָֽיו׃
25 Rəbb düşmənlərinə fikir göndərdi ki, xalqına nifrət etsinlər, Qullarına qarşı fırıldaq işlətsinlər.
הָפַ֣ךְ לִ֭בָּם לִשְׂנֹ֣א עַמּ֑וֹ לְ֝הִתְנַכֵּ֗ל בַּעֲבָדָֽיו׃
26 Qulu Musanı, Həm də seçdiyi Harunu göndərdi.
שָׁ֭לַח מֹשֶׁ֣ה עַבְדּ֑וֹ אַ֝הֲרֹ֗ן אֲשֶׁ֣ר בָּֽחַר־בּֽוֹ׃
27 Xalqın arasında Rəbbin əlamətlərini, Ham ölkəsində Onun möcüzələrini göstərdilər.
שָֽׂמוּ־בָ֭ם דִּבְרֵ֣י אֹתוֹתָ֑יו וּ֝מֹפְתִ֗ים בְּאֶ֣רֶץ חָֽם׃
28 Rəbb qaranlıq göndərərək ölkəni zülmət etdi, Çünki Onun sözlərinə itaət etmədilər.
שָׁ֣לַֽח חֹ֭שֶׁךְ וַיַּחְשִׁ֑ךְ וְלֹֽא־מָ֝ר֗וּ אֶת־דְּבָרֽוֹ׃
29 Sularını qana çevirdi, Balıqlarını öldürdü.
הָפַ֣ךְ אֶת־מֵימֵיהֶ֣ם לְדָ֑ם וַ֝יָּ֗מֶת אֶת־דְּגָתָֽם׃
30 Ölkəyə qurbağalar qaynaşıb gəldilər, Padşahın otaqlarına belə, girdilər.
שָׁרַ֣ץ אַרְצָ֣ם צְפַרְדְּעִ֑ים בְּ֝חַדְרֵ֗י מַלְכֵיהֶֽם׃
31 Əmr etdi, topa-topa mozalan gəldi, Mığmığalar bütün ərazilərini bürüdü.
אָ֭מַר וַיָּבֹ֣א עָרֹ֑ב כִּ֝נִּ֗ים בְּכָל־גְּבוּלָֽם׃
32 Yağış əvəzinə dolu yağdırdı, Ölkələrini şimşəklərə qərq etdi.
נָתַ֣ן גִּשְׁמֵיהֶ֣ם בָּרָ֑ד אֵ֖שׁ לֶהָב֣וֹת בְּאַרְצָֽם׃
33 Tənəklərinə, əncir ağaclarına zərbə vurdu, Sahələrində olan ağacları qırdı.
וַיַּ֣ךְ גַּ֭פְנָם וּתְאֵנָתָ֑ם וַ֝יְשַׁבֵּ֗ר עֵ֣ץ גְּבוּלָֽם׃
34 Əmr etdi çəyirtkələrə qaynaşsın, Saysız balaları torpaqlarına daraşsın.
אָ֭מַר וַיָּבֹ֣א אַרְבֶּ֑ה וְ֝יֶ֗לֶק וְאֵ֣ין מִסְפָּֽר׃
35 Onlar ölkədə olan bütün otları yedilər, Torpaqlarının bar-bəhərini yedilər.
וַיֹּ֣אכַל כָּל־עֵ֣שֶׂב בְּאַרְצָ֑ם וַ֝יֹּ֗אכַל פְּרִ֣י אַדְמָתָֽם׃
36 O, ölkədə hər yerlinin ilk oğlunu, Hər kişinin belindən gələn ilk oğlunu öldürdü.
וַיַּ֣ךְ כָּל־בְּכ֣וֹר בְּאַרְצָ֑ם רֵ֝אשִׁ֗ית לְכָל־אוֹנָֽם׃
37 İsrailliləri oradan qızılla, gümüşlə çıxartdı, Qəbilələri arasında yıxılan olmadı.
וַֽ֭יּוֹצִיאֵם בְּכֶ֣סֶף וְזָהָ֑ב וְאֵ֖ין בִּשְׁבָטָ֣יו כּוֹשֵֽׁל׃
38 Onlar çıxanda Misirlilər sevindi, Canlarında İsraillilərin qorxusu var idi.
שָׂמַ֣ח מִצְרַ֣יִם בְּצֵאתָ֑ם כִּֽי־נָפַ֖ל פַּחְדָּ֣ם עֲלֵיהֶֽם׃
39 Üzərlərinə örtük kimi bulud sərdi, Gecəni işıqlandırmaq üçün od göndərdi.
פָּרַ֣שׂ עָנָ֣ן לְמָסָ֑ךְ וְ֝אֵ֗שׁ לְהָאִ֥יר לָֽיְלָה׃
40 İstədiklərinə görə O, bildirçin gətirdi, Onlara göydən doyunca çörək verdi.
שָׁאַ֣ל וַיָּבֵ֣א שְׂלָ֑ו וְלֶ֥חֶם שָׁ֝מַ֗יִם יַשְׂבִּיעֵֽם׃
41 Qayanı yararaq suyu fışqırtdı, Quraq yerə çay kimi axdı.
פָּ֣תַח צ֭וּר וַיָּז֣וּבוּ מָ֑יִם הָ֝לְכ֗וּ בַּצִּיּ֥וֹת נָהָֽר׃
42 Çünki müqəddəs sözünü yada salmışdı, Qulu İbrahimə verdiyi vədini xatırlamışdı.
כִּֽי־זָ֭כַר אֶת־דְּבַ֣ר קָדְשׁ֑וֹ אֶֽת־אַבְרָהָ֥ם עַבְדּֽוֹ׃
43 O, xalqını sevinclə, Öz seçdiklərini mədh səsi ilə çıxartdı.
וַיּוֹצִ֣א עַמּ֣וֹ בְשָׂשׂ֑וֹן בְּ֝רִנָּ֗ה אֶת־בְּחִירָֽיו׃
44 Millətlərin torpaqlarını onlara verdi, Onları ümmətlərin sərvətlərinə sahib etdi.
וַיִּתֵּ֣ן לָ֭הֶם אַרְצ֣וֹת גּוֹיִ֑ם וַעֲמַ֖ל לְאֻמִּ֣ים יִירָֽשׁוּ׃
45 Qoy Rəbbin qaydalarına riayət etsinlər, Qanunlarına əməl etsinlər. Rəbbə həmd edin!
בַּעֲב֤וּר ׀ יִשְׁמְר֣וּ חֻ֭קָּיו וְתוֹרֹתָ֥יו יִנְצֹ֗רוּ הַֽלְלוּ־יָֽהּ׃

< Zəbur 105 >