< Zəbur 104 >

1 Rəbbə alqış et, ey könlüm! Ya Rəbb Allahım, Sən nə qədər böyüksən, Ehtişamı, əzəməti geyinmisən!
ברכי נפשי את-יהוה יהוה אלהי גדלת מאד הוד והדר לבשת
2 Nura libas kimi bürünən, Göyləri çadır tək açan,
עטה-אור כשלמה נוטה שמים כיריעה
3 Yuxarı otaqlarını suların üstündə quran, Buludları Özünə araba edən, Yel qanadları üstünə minib gəzən,
המקרה במים עליותיו השם-עבים רכובו המהלך על-כנפי-רוח
4 Küləyi Özünə elçi edən, Yanar odu Özünə xidmətçi edən Sənsən!
עשה מלאכיו רוחות משרתיו אש להט
5 Yer üzünün təməlini elə qurdun ki, Əsla sarsılmasın.
יסד-ארץ על-מכוניה בל-תמוט עולם ועד
6 Dərin suları libas kimi yer üzünə geydirdin, Sular dağların üstünə qalxdı.
תהום כלבוש כסיתו על-הרים יעמדו מים
7 Sənin məzəmmətindən sular çəkildi, Şimşəyinin səsindən qorxub qaçdı.
מן-גערתך ינוסון מן-קול רעמך יחפזון
8 Dağlardan dərələrə axdı, Sənin təyin etdiyin yerlərə töküldü.
יעלו הרים ירדו בקעות-- אל-מקום זה יסדת להם
9 Onların önünə hədd qoydun ki, ondan aşmasınlar, Heç vaxt daşıb dünyanı basmasınlar.
גבול-שמת בל-יעברון בל-ישבון לכסות הארץ
10 Bulaqları vadilərdən fışqırtdın, Dağların arasından axıtdın.
המשלח מעינים בנחלים בין הרים יהלכון
11 Bu bulaqlar bütün çöl heyvanlarına su verər, Vəhşi eşşəklər içər, susuzluğu gedər.
ישקו כל-חיתו שדי ישברו פראים צמאם
12 Yanlarında quşlar yuva qurar, Budaqlara qonub oxuyar.
עליהם עוף-השמים ישכון מבין עפאים יתנו-קול
13 Sən dağları göydəki sarayından sulayırsan, Əlinin bəhrəsindən yer doyur.
משקה הרים מעליותיו מפרי מעשיך תשבע הארץ
14 Heyvanlar üçün ot bitirirsən, İnsana becərmək üçün bitkilər yetirirsən. Qoy insan torpaqdan azuqəsini çıxartsın:
מצמיח חציר לבהמה ועשב לעבדת האדם להוציא לחם מן-הארץ
15 Ürəkləri xoşhal edən şərabı, Üzləri güldürən zeytun yağını, Taqət verən çörəyi.
ויין ישמח לבב-אנוש-- להצהיל פנים משמן ולחם לבב-אנוש יסעד
16 Doyunca su içər Rəbbin ağacları, Livanda əkdiyi sidr ağacları.
ישבעו עצי יהוה-- ארזי לבנון אשר נטע
17 Bu ağaclarda quşlar yuva qurar, Leyləklərin yuvası şam ağacındadır.
אשר-שם צפרים יקננו חסידה ברושים ביתה
18 Uca dağlar dağ keçilərinin oylağıdır, Qayalar qayadovşanlarının sığınacağıdır.
הרים הגבהים ליעלים סלעים מחסה לשפנים
19 Fəsilləri müəyyən etmək üçün ayı yaratdın, Günəş batacağı zamanı bilir.
עשה ירח למועדים שמש ידע מבואו
20 Gecə olsun deyə havanı qaraldırsan, Bütün meşə heyvanları vurnuxmaya düşürlər.
תשת-חשך ויהי לילה-- בו-תרמש כל-חיתו-יער
21 Ov üçün gənc aslanlar nərə çəkərlər, Öz yemlərini Allahdan istəyərlər.
הכפירים שאגים לטרף ולבקש מאל אכלם
22 Gün doğanda çəkilirlər, Yuvalarında yatırlar.
תזרח השמש יאספון ואל-מעונתם ירבצון
23 İnsanlar iş başına gedir, Qaş qaralana qədər işləyirlər.
יצא אדם לפעלו ולעבדתו עדי-ערב
24 Ya Rəbb, əməllərin çoxdur! Hər birini müdrikliklə etmisən, Yaratdıqların yer üzünü doldurub.
מה-רבו מעשיך יהוה-- כלם בחכמה עשית מלאה הארץ קנינך
25 Böyük, dərin dənizlərin var, Orada da saysız məxluqlar – Həm kiçik, həm də böyük canlılar qaynaşar.
זה הים גדול-- ורחב ידים שם-רמש ואין מספר חיות קטנות עם-גדלות
26 Oradan gəmilər keçir, Yaratdığın Livyatan sularda oynayır.
שם אניות יהלכון לויתן זה-יצרת לשחק-בו
27 Bunların hamısı gözləyir ki, Sən Vaxtlı-vaxtında onları yemləyəsən.
כלם אליך ישברון-- לתת אכלם בעתו
28 Sən yem verərkən onlar yem yığırlar, Açıq əlinin nemətindən doyurlar.
תתן להם ילקטון תפתח ידך ישבעון טוב
29 Amma üzünü gizlədərkən vəlvələyə düşürlər, Sən onların nəfəsini kəsərkən ölüb torpağa qarışırlar,
תסתיר פניך יבהלון תסף רוחם יגועון ואל-עפרם ישובון
30 Ruhunu göndərərkən onlar yaranır, Yer üzünə yeni həyat verirsən.
תשלח רוחך יבראון ותחדש פני אדמה
31 Rəbbin ehtişamı qoy əbədi var olsun! Qoy Rəbb yaratdıqlarına görə şad olsun!
יהי כבוד יהוה לעולם ישמח יהוה במעשיו
32 Rəbb yerə baxanda yer lərzəyə gəlir, Dağa toxunanda dağ tüstülənir.
המביט לארץ ותרעד יגע בהרים ויעשנו
33 Rəbbə ömrüm boyu ilahi söyləyəcəyəm, Nə qədər varam, Allahımı tərənnüm edəcəyəm.
אשירה ליהוה בחיי אזמרה לאלהי בעודי
34 Düşüncəm Ona xoş görünsün, Mən Rəbbə görə sevinəcəyəm.
יערב עליו שיחי אנכי אשמח ביהוה
35 Günahkarlar yer üzündən silinsinlər, Pis adamlar yox olsunlar! Rəbbə alqış et, ey könlüm! Rəbbə həmd edin!
יתמו חטאים מן-הארץ ורשעים עוד אינם-- ברכי נפשי את-יהוה הללו-יה

< Zəbur 104 >