< Zəbur 103 >

1 Davudun məzmuru. Rəbbə alqış et, ey könlüm, Ey bütün varlığım, Onun müqəddəs adına alqış et!
לדוד ברכי נפשי את יהוה וכל קרבי את שם קדשו׃
2 Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları:
ברכי נפשי את יהוה ואל תשכחי כל גמוליו׃
3 Odur bütün təqsirlərini əfv edən, Bütün xəstəliklərinə şəfa verən.
הסלח לכל עונכי הרפא לכל תחלאיכי׃
4 Odur həyatını məzara düşməkdən qurtaran, Məhəbbətin, mərhəmətin tacını başına qoyan.
הגואל משחת חייכי המעטרכי חסד ורחמים׃
5 Odur ömür boyu səni bərəkəti ilə doyduran, Səni təzələyib gənc, gümrah qartala oxşadan.
המשביע בטוב עדיך תתחדש כנשר נעוריכי׃
6 Rəbb bütün miskinlər üçün Haqq və ədalət edir.
עשה צדקות יהוה ומשפטים לכל עשוקים׃
7 Yollarını Musaya, Əməllərini İsrail övladlarına göstərib.
יודיע דרכיו למשה לבני ישראל עלילותיו׃
8 Rəbb rəhmli və lütfkardır, Hədsiz səbirli və bol məhəbbətlidir.
רחום וחנון יהוה ארך אפים ורב חסד׃
9 Həmişə töhmətləndirməz, Qəzəbi sonsuza qədər sürməz.
לא לנצח יריב ולא לעולם יטור׃
10 Bizimlə günahlarımıza görə davranmaz, Təqsirlərimizin əvəzini çıxmaz.
לא כחטאינו עשה לנו ולא כעונתינו גמל עלינו׃
11 Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür.
כי כגבה שמים על הארץ גבר חסדו על יראיו׃
12 Nə qədər şərq qərbdən uzaqdırsa, Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.
כרחק מזרח ממערב הרחיק ממנו את פשעינו׃
13 Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir.
כרחם אב על בנים רחם יהוה על יראיו׃
14 Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.
כי הוא ידע יצרנו זכור כי עפר אנחנו׃
15 İnsanınsa ömrü bir ota oxşar, Çəmən gülləri kimi çiçək açar,
אנוש כחציר ימיו כציץ השדה כן יציץ׃
16 Üstündən yel əsərkən yox olur, Yerində izi belə, qalmır.
כי רוח עברה בו ואיננו ולא יכירנו עוד מקומו׃
17 Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti, Onların övladlarına olan salehliyi Əzəldən var, bu əbədi qalacaq.
וחסד יהוה מעולם ועד עולם על יראיו וצדקתו לבני בנים׃
18 Onun əhdinə vəfa edənlərə bunları göstərir, Qayda-qanunlarını yerinə yetirənləri unutmur.
לשמרי בריתו ולזכרי פקדיו לעשותם׃
19 Rəbb taxtını göylərdə qurub, Hər yerdə hökmranlıq edir.
יהוה בשמים הכין כסאו ומלכותו בכל משלה׃
20 Rəbbə alqış edin, ey Onun mələkləri, Ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər!
ברכו יהוה מלאכיו גברי כח עשי דברו לשמע בקול דברו׃
21 Rəbbə alqış edin, ey səmanın bütün orduları, İradəsini yerinə yetirən xidmətçiləri!
ברכו יהוה כל צבאיו משרתיו עשי רצונו׃
22 Rəbbə alqış edin, ey Onun yaratdıqları, Ey Onun hökm etdiyi yer üzərində olan bütün varlıqlar! Rəbbə alqış et, ey könlüm!
ברכו יהוה כל מעשיו בכל מקמות ממשלתו ברכי נפשי את יהוה׃

< Zəbur 103 >