< Zəbur 102 >

1 Bir məzlumun duası. Taqətdən düşüb Rəbbin hüzurunda şikayətlənəndə. Ya Rəbb, bu duama qulaq as, Qoy fəryadım Sənə çatsın.
صَلَاةٌ لِمِسْكِينٍ إِذَا أَعْيَا وَسَكَبَ شَكْوَاهُ قُدَّامَ ٱللهِ يَارَبُّ، ٱسْتَمِعْ صَلَاتِي، وَلْيَدْخُلْ إِلَيْكَ صُرَاخِي.١
2 Nə olar, dar günümdə üzünü məndən gizlətmə, Qulaq as, Səni çağırarkən mənə tez cavab ver.
لَا تَحْجُبْ وَجْهَكَ عَنِّي فِي يَوْمِ ضِيقِي. أَمِلْ إِلَيَّ أُذُنَكَ فِي يَوْمِ أَدْعُوكَ. ٱسْتَجِبْ لِي سَرِيعًا.٢
3 Günlərim tüstü kimi çəkilir, Sümüklərim elə bil yanıb közə dönür.
لِأَنَّ أَيَّامِي قَدْ فَنِيَتْ فِي دُخَانٍ، وَعِظَامِي مِثْلُ وَقِيدٍ قَدْ يَبِسَتْ.٣
4 Ürəyim kəsilib atılan ot kimi saralıb-solur, Çörək yemək belə, yadımdan çıxır.
مَلْفُوحٌ كَٱلْعُشْبِ وَيَابِسٌ قَلْبِي، حَتَّى سَهَوْتُ عَنْ أَكْلِ خُبْزِي.٤
5 Ah-zar çəkməkdən Bir dəri, bir sümük qalmışam.
مِنْ صَوْتِ تَنَهُّدِي لَصِقَ عَظْمِي بِلَحْمِي.٥
6 İndi çöldəki yapalağa bənzəyirəm, Viranəlik bayquşu kimiyəm.
أَشْبَهْتُ قُوقَ ٱلْبَرِّيَّةِ. صِرْتُ مِثْلَ بُومَةِ ٱلْخِرَبِ.٦
7 Gözümə yuxu getmir, Damda tənha qalan bir quşa bənzəyirəm.
سَهِدْتُ وَصِرْتُ كَعُصْفُورٍ مُنْفَرِدٍ عَلَى ٱلسَّطْحِ.٧
8 Bütün gün düşmənlərim məni təhqir edir, Mənə istehza edənlər adımla lənət oxuyur.
ٱلْيَوْمَ كُلَّهُ عَيَّرَنِي أَعْدَائِيَ. ٱلْحَنِقُونَ عَلَيَّ حَلَفُوا عَلَيَّ.٨
9 Yeməyim çörək yerinə kül olub, İçməyim göz yaşıma qarışıb.
إِنِّي قَدْ أَكَلْتُ ٱلرَّمَادَ مِثْلَ ٱلْخُبْزِ، وَمَزَجْتُ شَرَابِي بِدُمُوعٍ،٩
10 Çünki qəzəbindən, hiddətindən Məni götürüb bir tərəfə atmısan.
بِسَبَبِ غَضَبِكَ وَسَخَطِكَ، لِأَنَّكَ حَمَلْتَنِي وَطَرَحْتَنِي.١٠
11 Günlərim axşamın kölgəsi kimi keçir, Bir ot kimi quruyuram.
أَيَّامِي كَظِلٍّ مَائِلٍ، وَأَنَا مِثْلُ ٱلْعُشْبِ يَبِسْتُ.١١
12 Lakin Sən, ya Rəbb, əbədi taxtında əyləşmisən, Sənin şöhrətin nəsildən-nəslə deyiləcək.
أَمَّا أَنْتَ يَارَبُّ فَإِلَى ٱلدَّهْرِ جَالِسٌ، وَذِكْرُكَ إِلَى دَوْرٍ فَدَوْرٍ.١٢
13 Sən qalxıb Siona mərhəmət edəcəksən, Zamanını təyin etdin, indi ona lütf ediləcək.
أَنْتَ تَقُومُ وَتَرْحَمُ صِهْيَوْنَ، لِأَنَّهُ وَقْتُ ٱلرَّأْفَةِ، لِأَنَّهُ جَاءَ ٱلْمِيعَادُ.١٣
14 Çünki Sənin qulların onun daşlarını əziz tuturlar, Onun toz-torpağına necə də acıyırlar.
لِأَنَّ عَبِيدَكَ قَدْ سُرُّوا بِحِجَارَتِهَا، وَحَنُّوا إِلَى تُرَابِهَا.١٤
15 Millətlər Rəbbin ismindən, Dünyanın bütün padşahları Onun əzəmətindən qorxacaqlar.
فَتَخْشَى ٱلْأُمَمُ ٱسْمَ ٱلرَّبِّ، وَكُلُّ مُلُوكِ ٱلْأَرْضِ مَجْدَكَ.١٥
16 Rəbb Sionu yenidən bərpa edəcək, Əzəmətində görünəcək,
إِذَا بَنَى ٱلرَّبُّ صِهْيَوْنَ يُرَى بِمَجْدِهِ.١٦
17 Yoxsulların duasına qulaq asacaq, Yalvarışlarına xor baxmayacaq.
ٱلْتَفَتَ إِلَى صَلَاةِ ٱلْمُضْطَرِّ، وَلَمْ يَرْذُلْ دُعَاءَهُمْ.١٧
18 Sonrakı övladları Rəbbə həmd etsin deyə Qoy gələcək nəsil üçün belə yazılsın:
يُكْتَبُ هَذَا لِلدَّوْرِ ٱلْآخِرِ، وشَعْبٌ سَوْفَ يُخْلَقُ يُسَبِّحُ ٱلرَّبَّ:١٨
19 «Rəbb müqəddəs yüksəklikdən, Göylərdən yer üzünə nəzər saldı;
«لِأَنَّهُ أَشْرَفَ مِنْ عُلْوِ قُدْسِهِ. ٱلرَّبُّ مِنَ ٱلسَّمَاءِ إِلَى ٱلْأَرْضِ نَظَرَ،١٩
20 Əsirlərin naləsini eşitmək üçün, Ölümə aparılanları azad etmək üçün».
لِيَسْمَعَ أَنِينَ ٱلْأَسِيرِ، لِيُطْلِقَ بَنِي ٱلْمَوْتِ».٢٠
21 Ona görə Rəbbin ismini Sionda elan edəcəklər, Yerusəlimdə Ona həmdlər söyləyəcəklər
لِكَيْ يُحَدَّثَ فِي صِهْيَوْنَ بِٱسْمِ ٱلرَّبِّ، وَبِتَسْبِيحِهِ فِي أُورُشَلِيمَ،٢١
22 Rəbbə xidmət etmək üçün gələrkən, Xalqlar, ölkələr bir yerə gələrkən.
عِنْدَ ٱجْتِمَاعِ ٱلشُّعُوبِ مَعًا وَٱلْمَمَالِكِ لِعِبَادَةِ ٱلرَّبِّ.٢٢
23 Yolda ikən Rəbb gücümü azaltdı, O, ömrümü qısaltdı.
ضَعَّفَ فِي ٱلطَّرِيقِ قُوَّتِي، قَصَّرَ أَيَّامِي.٢٣
24 Dedim: «Ey Allahım, canımı alma, ömrümün yarısıdır, Sənin illərin nəsillərdən-nəsillərə çatır».
أَقُولُ: «يَا إِلَهِي، لَا تَقْبِضْنِي فِي نِصْفِ أَيَّامِي. إِلَى دَهْرِ ٱلدُّهُورِ سِنُوكَ.٢٤
25 Yerin təməlini əzəldən qurmusan, Göylər Sənin əllərinin işidir!
مِنْ قِدَمٍ أَسَّسْتَ ٱلْأَرْضَ، وَٱلسَّمَاوَاتُ هِيَ عَمَلُ يَدَيْكَ.٢٥
26 Onlar yox olacaq, amma Sən qalacaqsan, Hamısı paltar kimi köhnələcək, Onları geyim kimi dəyişdirəcəksən, Keçib-gedəcəklər.
هِيَ تَبِيدُ وَأَنْتَ تَبْقَى، وَكُلُّهَا كَثَوْبٍ تَبْلَى، كَرِدَاءٍ تُغَيِّرُهُنَّ فَتَتَغَيَّرُ.٢٦
27 Amma Sən dəyişməzsən, İllərin tükənməzdir.
وَأَنْتَ هُوَ وَسِنُوكَ لَنْ تَنْتَهِيَ.٢٧
28 Qullarının övladları yaşayacaq, Nəvə-nəticələri hüzurunda dayanacaq.
أَبْنَاءُ عَبِيدِكَ يَسْكُنُونَ، وَذُرِّيَّتُهُمْ تُثَبَّتُ أَمَامَكَ».٢٨

< Zəbur 102 >