< Zəbur 100 >
1 Şükran məzmuru. Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin,
2 Sevinclə Rəbbə qulluq edin, Mədh oxuyaraq Onun hüzuruna gəlin!
3 Rəbb Allahdır, siz bunu bilin, O bizi yaradıb, biz Ona aidik, Xalqıyıq, otlağında otardığı sürüyük.
4 Dərgahına şükürlərlə, Həyətlərinə həmdlərlə gəlin. Ona şükür edin, İsminə alqış söyləyin.
5 Rəbb nə yaxşıdır, məhəbbəti əbədidir, Sədaqəti nəsillərdən-nəslə çatır!