< Zəbur 10 >

1 Ya Rəbb, nə üçün uzaqda durmusan? Mən dara düşəndə niyə gizlənirsən?
ای خداوند، چرا دور ایستاده‌ای؟ چرا به هنگام سختیها خود را پنهان می‌کنی؟
2 Pislər təkəbbürlə məzlumları təqib edir, Öz qurduqları fəndlərə özləri düşür.
بیا و اشخاص متکبر و بدکار را که بر فقرا ظلم می‌کنند در دامهای خودشان گرفتار ساز.
3 Pis insan könlünün istəkləri ilə fəxr edir, Acgöz Rəbbə xor baxır, Ona küfr edir.
آنها با غرور از مقاصد پلید خود سخن می‌رانند. آنها اشخاص طمعکار را می‌ستایند ولی خدا را ناسزا می‌گویند.
4 Təkəbbürlü, pis insan Allahı axtarmaz, «Allah yoxdur» deyə düşünər.
این بدکارانِ متکبر فکر می‌کنند خدایی وجود ندارد تا از آنها بازخواست کند.
5 Belə insan həmişə uğur qazanar, Bütün düşmənlərinə xor baxar. Sənin hökmlərinsə onun dərrakəsindən çox uzaqdır.
آنها در کارهایشان موفقند و دشمنانشان را به هیچ می‌شمارند و توجهی به احکام خدا ندارند.
6 Ürəyində deyir: «Sarsılmaram, Heç zaman fəlakətə düşmərəm».
به خود می‌گویند: «همیشه موفق خواهیم بود و از هر مصیبتی به دور خواهیم ماند.»
7 Onun ağzı lənətlə, hiylə ilə, hədə ilə doludur, Dilinin altında zülm və şər var.
دهانشان آکنده از نفرین و دروغ و تهدید است و از زبانشان گناه و شرارت می‌بارد.
8 Kəndlərdə pusqu yerlərini qurar, Günahsızları xəlvətcə öldürər. Biçarəyə göz qoyub gizlicə güdər,
در روستاها به کمین می‌نشینند و اشخاص بی‌گناه را می‌کشند.
9 Yuvasında oturmuş aslan kimi gizli yerdə pusqu qurar, Məzlumu tutmaq üçün güdər, Toruna salıb onu tutar.
مانند شیر درنده، کمین می‌کنند و بر اشخاص فقیر و درمانده حمله می‌برند و ایشان را در دام خود گرفتار می‌سازند.
10 Biçarələrin başından basıb qəddini qırar, Onlar bu pis adamın əlindən yıxılar.
اشخاص بیچاره در زیر ضربات بی‌رحمانهٔ آنها خرد می‌شوند.
11 Pis adam belə düşünər: «Allah məni yaddan çıxarıb, Heç vaxt görməz, çünki mənə göz yumub».
این بدکاران در دل خود می‌گویند: «خدا روی خود را برگردانده و این چیزها را هرگز نمی‌بیند.»
12 Ya Rəbb, qalx, ey Allah, onlara əl qaldır! Unutma məzlumları!
ای خداوند، برخیز و این بدکاران را مجازات کن! ای خدا، بیچارگان را فراموش نکن!
13 Niyə pis insan Allaha küfr etsin? Niyə ürəyində «məndən əvəzini çıxmaz» desin?
چرا بدکاران به خدا ناسزا می‌گویند و مجازات نمی‌شوند؟ آنها در دل خود می‌گویند: «خدا از ما بازخواست نخواهد کرد»؟
14 Amma Sən bu əzab-əziyyətə baxırsan, Məzluma kömək əlini uzadırsan. Biçarə özünü Sənə tapşırar, Yetimlərin imdadı Sənsən.
اما ای خدا، تو می‌بینی! تو رنج و غم مردم را می‌بینی و به داد آنها می‌رسی. تو امید بیچارگان و مددکار یتیمان هستی.
15 Şər iş görənin, pis insanın qol-qanadını qır, Axıracan pisliklərini ifşa et.
دست این بدکاران را بشکن. آنها را به سزای اعمالشان برسان و به ظلم آنها پایان بده.
16 Rəbb sonsuzadək, əbədi padşahdır! Onun diyarından millətlər yox olacaq.
خداوند تا ابد پادشاه است؛ قومهایی که او را نمی‌پرستند از سرزمین وی رانده و هلاک خواهند شد.
17 Ya Rəbb, məzlumların səsini eşidəcəksən, Onları ürəkləndirib diqqət yetirəcəksən.
ای خداوند، تو دعای بیچارگان را اجابت می‌کنی. تو به درد دل آنها گوش می‌دهی و به ایشان قوت قلب می‌بخشی.
18 Yetimə, fəqirə ədalət göstərəcəksən; Belə ki torpaqdan yaradılan insan Bir daha təhlükə yaratmasın.
تو از حق یتیمان و مظلومان دفاع می‌کنی تا دیگر انسان خاکی نتواند آنها را بترساند.

< Zəbur 10 >