< Süleymanin Məsəlləri 8 >

1 Məgər hikmət çağırmırmı, Məgər dərrakə səsləmirmi
הֲלֹֽא־חׇכְמָה תִקְרָא וּתְבוּנָה תִּתֵּן קוֹלָֽהּ׃
2 Uca yerlərdə, yol kənarında, Yollar ayrıcında dayanıb?
בְּרֹאשׁ־מְרֹמִים עֲלֵי־דָרֶךְ בֵּית נְתִיבוֹת נִצָּֽבָה׃
3 Darvazaların yanında, şəhərin qarşısında, Qapıların kandarında çağırır:
לְיַד־שְׁעָרִים לְפִי־קָרֶת מְבוֹא פְתָחִים תָּרֹֽנָּה׃
4 «Ey insanlar, mən sizi səsləyirəm, Ey bəşər övladları, sizə xitab edirəm.
אֲלֵיכֶם אִישִׁים אֶקְרָא וְקוֹלִי אֶל־בְּנֵי אָדָֽם׃
5 Ey cahillər, uzaqgörən olun, Ey axmaqlar, ağıllanın.
הָבִינוּ פְתָאיִם עׇרְמָה וּכְסִילִים הָבִינוּ לֵֽב׃
6 Dinləyin, əla şeylərdən danışıram, Dilimdən düz sözlər çıxır.
שִׁמְעוּ כִּֽי־נְגִידִים אֲדַבֵּר וּמִפְתַּח שְׂפָתַי מֵישָׁרִֽים׃
7 Ağzım həqiqət söyləyir, Dilim şərdən iyrənir.
כִּֽי־אֱמֶת יֶהְגֶּה חִכִּי וְתוֹעֲבַת שְׂפָתַי רֶֽשַׁע׃
8 Ağzımdan yalnız salehlik sözləri çıxır, Sözlərimdə nə əyrilik, nə də ki yalan var.
בְּצֶדֶק כׇּל־אִמְרֵי־פִי אֵין בָּהֶם נִפְתָּל וְעִקֵּֽשׁ׃
9 Anlayanlar üçün hər şey aydındır, Bilik qazananlar üçün bu bir həqiqətdir.
כֻּלָּם נְכֹחִים לַמֵּבִין וִישָׁרִים לְמֹצְאֵי דָֽעַת׃
10 Gümüşü yox, tərbiyəmi qəbul edin, Saf qızıldan çox biliyi seçin.
קְחֽוּ־מוּסָרִי וְאַל־כָּסֶף וְדַעַת מֵחָרוּץ נִבְחָֽר׃
11 Çünki hikmət yaqutdan qiymətlidir, İnsanın könlü istəyən şeylər ona tay deyil.
כִּֽי־טוֹבָה חׇכְמָה מִפְּנִינִים וְכׇל־חֲפָצִים לֹא יִֽשְׁווּ־בָֽהּ׃
12 Mən hikmətəm, uzaqgörənlik məndə məskən salıb, Biliyi, dərrakəni tapmışam.
אֲֽנִי־חׇכְמָה שָׁכַנְתִּי עׇרְמָה וְדַעַת מְזִמּוֹת אֶמְצָֽא׃
13 Rəbb qorxusu pisliyə nifrət etməkdir, Lovğalığa, təkəbbürə, pis yola, Hiyləli dilə nifrət edərəm.
יִרְאַת יְהֹוָה שְֽׂנֹאת ־ רָע גֵּאָה וְגָאוֹן ׀ וְדֶרֶךְ רָע וּפִי תַהְפֻּכוֹת שָׂנֵֽאתִי׃
14 Nəsihət, sağlam şüur mənimdir, İdrak mənəm, qüvvəm var.
לִֽי־עֵצָה וְתוּשִׁיָּה אֲנִי בִינָה לִי גְבוּרָֽה׃
15 Mənim vasitəmlə şahlar hökmranlıq edir, Hökmdarlar ədalətli fərman verir.
בִּי מְלָכִים יִמְלֹכוּ וְרֹזְנִים יְחֹקְקוּ צֶֽדֶק׃
16 Ədalətli hakim olan bütün başçılar və əsilzadələr Mənim vasitəmlə hökm verir.
בִּי שָׂרִים יָשֹׂרוּ וּנְדִיבִים כׇּל־שֹׁפְטֵי צֶֽדֶק׃
17 Məni sevənləri sevirəm, Məni səylə axtaran tapır.
אֲנִי (אהביה) [אֹהֲבַי] אֵהָב וּמְשַׁחֲרַי יִמְצָאֻֽנְנִי׃
18 Sərvət və şərəf, Dağılmaz var-dövlət və salehlik yanımdadır.
עֹֽשֶׁר־וְכָבוֹד אִתִּי הוֹן עָתֵק וּצְדָקָֽה׃
19 Barım qızıldan, saf qızıldan dəyərlidir, Bəhərim gümüşdən qiymətlidir.
טוֹב פִּרְיִי מֵחָרוּץ וּמִפָּז וּתְבוּאָתִי מִכֶּסֶף נִבְחָֽר׃
20 Mən salehlik yolunda, Ədalət yollarının ortasında gəzərəm.
בְּאֹֽרַח־צְדָקָה אֲהַלֵּךְ בְּתוֹךְ נְתִיבוֹת מִשְׁפָּֽט׃
21 Məni sevənləri sərvətə çatdıraram, Xəzinələrini dolduraram.
לְהַנְחִיל אֹהֲבַי ׀ יֵשׁ וְאֹצְרֹתֵיהֶם אֲמַלֵּֽא׃
22 Rəbb Öz yolunun başlanğıcında, Hər işindən əvvəl mənə malik oldu.
יְֽהֹוָה קָנָנִי רֵאשִׁית דַּרְכּוֹ קֶדֶם מִפְעָלָיו מֵאָֽז׃
23 Yaradılışın əzəlindən, Dünya yaranmazdan əvvəl mən var idim.
מֵעוֹלָם נִסַּכְתִּי מֵרֹאשׁ מִקַּדְמֵי־אָֽרֶץ׃
24 Dərin sular olmazdan əvvəl, Bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam.
בְּאֵין־תְּהֹמוֹת חוֹלָלְתִּי בְּאֵין מַעְיָנוֹת נִכְבַּדֵּי־מָֽיִם׃
25 Dağlar yaradılmazdan əvvəl, Təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam.
בְּטֶרֶם הָרִים הׇטְבָּעוּ לִפְנֵי גְבָעוֹת חוֹלָֽלְתִּי׃
26 Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda,
עַד־לֹא עָשָׂה אֶרֶץ וְחוּצוֹת וְרֹאשׁ עַפְרוֹת תֵּבֵֽל׃
27 Göyləri yaradanda, Dərinliyin üzü üstündə bir dairə çəkəndə,
בַּהֲכִינוֹ שָׁמַיִם שָׁם אָנִי בְּחֻקוֹ חוּג עַל־פְּנֵי תְהֽוֹם׃
28 Buludları yuxarıda yerləşdirəndə, Dərinlikdə bulaqları bağlayanda,
בְּאַמְּצוֹ שְׁחָקִים מִמָּעַל בַּעֲזוֹז עִינוֹת תְּהֽוֹם׃
29 Sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə, Yerin bünövrələrini təyin edəndə
בְּשׂוּמוֹ לַיָּם ׀ חֻקּוֹ וּמַיִם לֹא יַֽעַבְרוּ־פִיו בְּחוּקוֹ מוֹסְדֵי אָֽרֶץ׃
30 Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, Hüzurunda həmişə sevinirdim.
וָאֶהְיֶה אֶצְלוֹ אָמוֹן וָאֶהְיֶה שַׁעֲשׁוּעִים יוֹם ׀ יוֹם מְשַׂחֶקֶת לְפָנָיו בְּכׇל־עֵֽת׃
31 Yaratdığı aləmə görə sevinirdim, Bəşər övladlarına görə fərəhlənirdim.
מְשַׂחֶקֶת בְּתֵבֵל אַרְצוֹ וְשַׁעֲשֻׁעַי אֶת־בְּנֵי אָדָֽם׃
32 İndi, ey övladlar, mənə qulaq asın: Yoluma bağlı qalan nə bəxtiyardır!
וְעַתָּה בָנִים שִׁמְעוּ־לִי וְאַשְׁרֵי דְּרָכַי יִשְׁמֹֽרוּ׃
33 Verdiyim tərbiyəyə qulaq asın, Hikmət alın, onu bir tərəfə atmayın.
שִׁמְעוּ מוּסָר וַחֲכָמוּ וְאַל־תִּפְרָֽעוּ׃
34 Mənə qulaq asan, Hər gün darvazalarım qarşısında duran, Qapılarımda dayanıb gözləyən nə bəxtiyardır!
אַשְֽׁרֵי אָדָם שֹׁמֵעַֽ לִי לִשְׁקֹד עַל־דַּלְתֹתַי יוֹם ׀ יוֹם לִשְׁמֹר מְזוּזֹת פְּתָחָֽי׃
35 Çünki məni tapan həyat tapar, Rəbbi razı salar.
כִּי מֹצְאִי (מצאי) [מָצָא] חַיִּים וַיָּפֶק רָצוֹן מֵיְהֹוָֽה׃
36 Məni əldən verən canına qəsd edər, Mənə nifrət edənlərin hamısı ölümü sevər».
וְֽחֹטְאִי חֹמֵס נַפְשׁוֹ כׇּל־מְשַׂנְאַי אָהֲבוּ מָֽוֶת׃

< Süleymanin Məsəlləri 8 >