< Süleymanin Məsəlləri 7 >

1 Oğlum, sözlərimə bağlı qal, Əmrlərimi özündə saxla.
בְּנִי שְׁמֹר אֲמָרָי וּמִצְוֺתַי תִּצְפֹּן אִתָּֽךְ׃
2 Əmrlərimə bağlı qalsan, yaşayacaqsan, Təlimimi göz bəbəyin kimi qoru.
שְׁמֹר מִצְוֺתַי וֶחְיֵה וְתוֹרָתִי כְּאִישׁוֹן עֵינֶֽיךָ׃
3 Onları üzük kimi barmağına keçir, Ürəyinin lövhəsinə köçür.
קָשְׁרֵם עַל־אֶצְבְּעֹתֶיךָ כָּתְבֵם עַל־לוּחַ לִבֶּֽךָ׃
4 Hikmətə de: «Bacımsan», İdraka söylə: «Yaxın dostumsan».
אֱמֹר לַֽחָכְמָה אֲחֹתִי אָתְּ וּמֹדָע לַבִּינָה תִקְרָֽא׃
5 Onlar səni əxlaqsız qadından, Şirindilli yad arvaddan qoruyar.
לִשְׁמָרְךָ מֵאִשָּׁה זָרָה מִנָּכְרִיָּה אֲמָרֶיהָ הֶחֱלִֽיקָה׃
6 Evimin pəncərəsinin şəbəkəsindən Mən bayıra baxırdım.
כִּי בְּחַלּוֹן בֵּיתִי בְּעַד אֶשְׁנַבִּי נִשְׁקָֽפְתִּי׃
7 Bir dəstə cahil gənc arasında Qanmaz bir cavanı gördüm.
וָאֵרֶא בַפְּתָאיִם אָבִינָה בַבָּנִים נַעַר חֲסַר־לֵֽב׃
8 Bu qadının evinin tininə yaxın küçədən keçirdi, Onun evi olan yolla gedirdi.
עֹבֵר בַּשּׁוּק אֵצֶל פִּנָּהּ וְדֶרֶךְ בֵּיתָהּ יִצְעָֽד׃
9 Alaqaranlıqda, gün batanda, Gecə düşəndə, hava qaralanda.
בְּנֶֽשֶׁף־בְּעֶרֶב יוֹם בְּאִישׁוֹן לַיְלָה וַאֲפֵלָֽה׃
10 Fahişə libaslı, qəlbi fitnə dolu bu qadın Dərhal onu qarşıladı.
וְהִנֵּה אִשָּׁה לִקְרָאתוֹ שִׁית זוֹנָה וּנְצֻרַת לֵֽב׃
11 O hay-küyçüdür, o bihəyadır, Öz evində oturmayandır.
הֹמִיָּה הִיא וְסֹרָרֶת בְּבֵיתָהּ לֹא־יִשְׁכְּנוּ רַגְלֶֽיהָ׃
12 Gah küçəyə, gah meydanlara çıxar, Hər tin başı bir pusqu qurar.
פַּעַם ׀ בַּחוּץ פַּעַם בָּרְחֹבוֹת וְאֵצֶל כָּל־פִּנָּה תֶאֱרֹֽב׃
13 O, oğlanı tutub öpdü, Həyasızcasına belə dedi:
וְהֶחֱזִיקָה בּוֹ וְנָשְׁקָה־לּוֹ הֵעֵזָה פָנֶיהָ וַתֹּאמַר לֽוֹ׃
14 «Ünsiyyət qurbanı kəsməyə borclu idim, Əhdimə bu gün əməl etmişəm.
זִבְחֵי שְׁלָמִים עָלָי הַיּוֹם שִׁלַּמְתִּי נְדָרָֽי׃
15 Ona görə səni görmək üçün qarşına çıxdım, Səni çox axtardım, axır ki tapdım.
עַל־כֵּן יָצָאתִי לִקְרָאתֶךָ לְשַׁחֵר פָּנֶיךָ וָאֶמְצָאֶֽךָּ׃
16 Yatağıma Misir kətanından toxunan Əlvan üz çəkmişəm.
מַרְבַדִּים רָבַדְתִּי עַרְשִׂי חֲטֻבוֹת אֵטוּן מִצְרָֽיִם׃
17 Yorğan-döşəyimə Mirra, əzvay, darçın səpmişəm.
נַפְתִּי מִשְׁכָּבִי מֹר אֲהָלִים וְקִנָּמֽוֹן׃
18 Gəl sübhə qədər doyunca sevişək, Eşqdən məst olaq.
לְכָה נִרְוֶה דֹדִים עַד־הַבֹּקֶר נִתְעַלְּסָה בָּאֳהָבִֽים׃
19 Ərim evdə yoxdur, Uzaq bir səfərə gedib.
כִּי אֵין הָאִישׁ בְּבֵיתוֹ הָלַךְ בְּדֶרֶךְ מֵרָחֽוֹק׃
20 Pul kisəsini götürüb, Evə ay bədirlənəndə qayıdacaq».
צְֽרוֹר־הַכֶּסֶף לָקַח בְּיָדוֹ לְיוֹם הַכֵּסֶא יָבֹא בֵיתֽוֹ׃
21 Fəndlər işlədib onu tovladı, Şirin dilə tutub yoldan çıxartdı.
הִטַּתּוּ בְּרֹב לִקְחָהּ בְּחֵלֶק שְׂפָתֶיהָ תַּדִּיחֶֽנּוּ׃
22 Kəsilməyə aparılan bir öküz kimi, Kəməndə salınan bir maral kimi Bu oğlan o qadının ardınca düşdü.
הוֹלֵךְ אַחֲרֶיהָ פִּתְאֹם כְּשׁוֹר אֶל־טָבַח יָבוֹא וּכְעֶכֶס אֶל־מוּסַר אֱוֽ͏ִיל׃
23 Axırda ciyərinə bir ox saplanacaq. Uçub tez tora düşən quş kimi Bu oğlan da canının alınacağını bilmirdi.
עַד יְפַלַּח חֵץ כְּֽבֵדוֹ כְּמַהֵר צִפּוֹר אֶל־פָּח וְלֹֽא־יָדַע כִּֽי־בְנַפְשׁוֹ הֽוּא׃
24 İndi, ey övladlar, mənə qulaq asın, Dilimdən çıxan sözlərə laqeyd olmayın.
וְעַתָּה בָנִים שִׁמְעוּ־לִי וְהַקְשִׁיבוּ לְאִמְרֵי־פִֽי׃
25 Qoyma qəlbin o qadının yollarına meyl etsin, Onun yoluna dönmə.
אַל־יֵשְׂטְ אֶל־דְּרָכֶיהָ לִבֶּךָ אַל־תֵּתַע בִּנְתִיבוֹתֶֽיהָ׃
26 Çünki o qadın nə qədər insanı qurban edib, Nə qədər adamı öldürüb.
כִּֽי־רַבִּים חֲלָלִים הִפִּילָה וַעֲצֻמִים כָּל־הֲרֻגֶֽיהָ׃
27 Onun evinin yolu ölülər diyarına aparır, Ölüm mənzilinə gedib çatır. (Sheol h7585)
דַּרְכֵי שְׁאוֹל בֵּיתָהּ יֹרְדוֹת אֶל־חַדְרֵי־מָֽוֶת׃ (Sheol h7585)

< Süleymanin Məsəlləri 7 >